Vergi bəyannaməsinin təqdim olunmamasına görə maliyyə sanksiyaları

2021-10-04 | Vergilər | 1902

Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, bu Məcəllənin 57.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən, 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

İqtisadçı ekspert Anar Bayramov bildirib ki, həmin maddədə vergi hesabatı dedikdə, Vergi Məcəlləsinə müvafiq olaraq təqdim edilən vergi bəyannaməsi nəzərdə tutulur. Arayış dedikdə isə, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq təqdim edilməli sənəd nəzərdə tutulur.

Misal 1: Vergi ödəyicisi 2020-ci ilin 3-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsini 20 oktyabr 2020-ci il tarixdən gec təqdim etdiyi halda ona 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Qeyd edək ki, vergi orqanı bəyannamə üzrə maliyyə sanksiyasını vergi hesabatının təqdim etmə günü bitən kimi tətbiq etmir. Çünki bütün vergi ödəyicilərinin kağız formada bəyannamə təqdim etmək hüququ olduğu üçün, vergi orqanı poçtun çatma müddətini gözləməlidir. Vergi ödəyicisi 20 oktyabr 2020-ci il tarixdə poçtla vergi hesabatını göndərərsə, həmin bəyannamə vergi orqanlarına 26 oktyabr 2020-ci il tarixdə çatsa da, şəxsi vərəqəyə işlənmə tarixi 20 oktyabr 2020-ci il kimi olacaq.

Misal 2: Fərdi sahibkarın 2020-ci ilin 2-ci rübü üzrə fəaliyyəti olmayıb, ancaq o, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin (hesabatı)” arayış formasını təqdim etməyib. Bu halda vergi ödəyicisinə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə uyğun olaraq 40 manat maliyyə sanksiyası tətbiq ediləcək.

Misal 3: Mənfəət (gəlir) vergisi ödəyicisi olanlar, Vergi Məcəlləsinin 151-ci maddəsinə uyğun hər rübdən sonrakı ayın 15-ə qədər “Cari vergi ödəmələrinin hesablanması haqqında” arayış təqdim etməlidirlər. Hesab edək ki, vergi ödəyicisi 15 aprel 2020-ci il tarixinə qədər həmin arayışı təqdim etmir. Vergi orqanı vergi ödəyicisinə “Cari vergi ödəmələrinin hesablanması haqqında” arayışı təqdim etməməsinə görə maliyyə sanksiyası tətbiq etməyəcək. Çünki Vergi Məcəlləsinin 57.1-ci maddəsində qeyd edilən arayışın təqdim olunmamasına görə maliyyə sanksiyası nəzərdə tutulmayıb.

Mənbə: https://vergiler.az/news/taxes/14897.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!