Peşəkar mühasib sertifikatı imtahanının iştirakçısından 5 VACİB QEYD

2021-11-22 | Sertifikasiyalar | 210

Xəbər verdiyimiz ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 21 noyabr 2021-ci il tarixində peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrә) keçirilib. İmtahanda iştirak etmiş həmkarımızın bəzi vacib qeydlərini diqqətinizə çatdırırıq:

1) İmtahandan yüksək nəticə qazanmaq üçün mütləq mühasibat uçotu ilə bağlı standartlarla işləmək, onu dərindən öyrənmək lazımdır. Mühasibatlıq sahəsindəki çoxillik təcrübənizə arxayın olmayın, bu, imtahanda sualları cavablandırmaq üçün kifayət etməyəcək.

2) Suallar vergi orqanlarına qəbul imtahanlarında olduğu kimi çaşdırıcı formada hazırlanmayıb. Sualların tərtibində diqqəti əsas məsələdən yayındıracaq hər hansı vasitədən, gərəksiz verilənlərdən istifadə olunmadığından, məsələni həll etmək üçün mətnindəki bütün göstəricilərdən faydalana bilirsən.

3) Beynəlxalq standartlara aid suallara nümunə kimi konsolidasiya, nağd pulun hərəkət (Cash flow) və maliyyə alətlərinə aid olanları qeyd etmək olar.

4) Bəlkə də peşəkar mühasib sertifikatı ilə bağlı ilk imtahan olduğundan, iştirakçı cəlb etmək məqsədilə suallar nisbətən asan hazırlanmışdı. Mühasibatlıq sahəsində yetərli təcrübəsi olan və standartlardan orta səviyyədə anlayışı olan iştirakçıların növbəti mərhələyə keçmək üçün yetərli bal toplaması mümkündür.

5) İmtahanla bağlı yeganə problem vaxt azlığıdır. Bəzi suallar məsələlərin həllini nəzərdə tutduğundan 3 saatlıq müddət kifayət etməyə bilər.

Qeyd edək ki, DİM tərəfindən 2021-ci il dekabrın 19-da peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün imtahanın I mərhələsi yenidən keçiriləcək. İmtahanlara qatılan bütün həmkarlarımıza uğurlar arzulayırıq.

Mənbə: http://www.mks.az/accounting/publications/item/12151-pe%C5%9F%C9%99kar-m%C3%BChasib-sertifikat%C4%B1-imtahan%C4%B1n%C4%B1n-i%C5%9Ftirak%C3%A7%C4%B1s%C4%B1ndan-5-vacib-qeyd.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!