Yükdaşıma şirkətlərinin vergi və sosial öhdəlikləri necə hesablanır?
2022-11-02 | Vergilər | 6494Yüklərin daşınması xidməti yerli və beynəlxalq daşıma olaraq iki formada həyata keçirilə bilər. Yerli daşımaçılıq ilə bağlı maraq doğuran məsələləri “vergiler.az”a “BSC Business Service Centre” şirkətinin maliyyə və mühasibat işləri mütəxəssisi Ziya Nəcəfov şərh edib.
“Fərqlənmə nişanı” almış ölkədaxili yükdaşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin sadələşdirilmiş vergi məbləği Vergi Məcəlləsinin 220.5 və 220.6-cı maddələri ilə tənzimənir. Həmin maddələrin tələblərinə əsasən, yük avtomobilinin yükgötürmə qabiliyyəti hər ton üçün 1 manat təşkil edir.
Burada diqqət edilməli əsas məsələrdən biri verginin faktiki daşınılan yükün həcminə deyil, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində qeyd edilən yükgötürmə həcminə uyğun hesablanmasıdır.
"Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir.
Sosial sığorta məbləği “Sosial sığorta haqqında” qanunun 14.5.1-1.10 maddəsinə əsasən, minimum əməkhaqqının 6 faizi miqdarında müvafiq əmsallar tətbiq edilməklə hesablanır:
İcbari tibbi sığorta məbləği isə “Tibbi sığorta haqqında” qanunun 15-10.1.3 madəsinə əsasən, minimum aylıq əməkhaqqının 4 faizi miqdarında müəyyənləşdirilib.
Sabit vergi ödəyicisi olan fiziki şəxs, Gəncə şəhər qeydiyyatıdır və yükgötürmə qabiliyyəti 15 ton olan avtomobili ilə yükdaşıma fəaliyyəti göstərir. O, ay ərzində 9 ton yük daşıyıb və 650 manat gəlir əldə edib. Şəxsin ödəməli olduğu vergi, sosial sığorta və icbari tibbi sığorta haqqını hesablayaq:
1. Faktiki yükdaşıma və əldə etdiyi gəlirdən asılı olmayaraq sadələşdirilmiş vergi məbləği yükgötümə qabiliyyəti hər ton üçün 1 manat müəyyən edilib və fəaliyyət göstərdiyi zonadan asılı olaraq əmsal tətbiq edilir. Şəxs Gəncə şəhərində fəaliyyət göstərdiyi üçün 1,5 əmsal tətbiq olunacaq.
Sadələşdirilmiş vergi:
5 x 1 x 1,5 = 22,5 manat;
2. Sosial sığorta məbləği:
(300 x 6%) x 1,5 = 27 manat;
3. İcbari tibbi sığorta məbləği:
300 x 4% = 12 manat.
Sabit vergi ödəyiciləri bu fəaliyyət ilə məşğul olmaq üçün vergi və digər ödənişləri aylıq, rüblük və ya illik ödəyir və ödənilən məbləğ fəaliyyətin olub-olmamasından asılı olmayaraq geri qaytarılmır. Sabit vergi ödəyiciləri qəbz aldıqları zaman onların vergi və digər ödənişləri etdiklərinə görə bəyannamə vermək məcburiyyətləri yoxdur.