Hansı halda verginin ödənilməsi müddəti uzadıla bilər?

2024-11-19 | Vergilər | 386

Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri, həmin müddətlərin dəyişdirilməsi qaydalarını “Business Service Center” şirkətinin maliyyə və mühasibat işləri üzrə mütəxəssisi Elşad Əhmədli ”vergiler.az”a şərh edir.

Vergi Məcəlləsinin 85.1-ci maddəsində hər bir verginin ödənilmə müddətləri müəyyən edilib. Vergilərin müəyyən edilmiş müddətlərinin dəyişdirilməsi yalnız bu Məcəllədə qeyd olunmuş qaydada həyata keçirilə bilər. Vergi qanunvericiliyinə əsasən, əsas vergilərin ödənilməsi üçün aşağıdakı müddətlər müəyyən edilib:

Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.

Misal 1:

Vergi ödəyicisi 2024-cü ilin 2-ci rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsini 5 iyul 2024-cü ildə təqdim etdiyindən həmin tarixə 381 manat borc yaranıb. Amma vergi ödəyicisinə ötmüş gün üçün faiz hesablanmır, çünki 2-ci rüb sadələşdirilmiş verginin ödənilməsinin son tarixi 22.07.2024-cü il hesab edilir. Qeyd edək ki, sadələşdirilmiş vergi məbləği rüb başa çatdıqdan sonrakı ayın 20-nə qədər ödənməlidir. Bu misalda qeyri-iş gününə düşdüyü üçün vaxt uzadılıb.

Misal 2:

Cari vergi ödəmələri hər hesabat rübündən sonrakı ayın 15-nə qədər ödənilməlidir. Əgər vergi ödəyicisi həmin vaxt ərzində ödənişi etməyibsə, Vergi Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq, cari vergi məbləğinin 0,1%-i məbləğində faiz tutulur.

Misal 3:

Yanvar ayı üzrə ƏDV hesabatı fevral ayının 15-də təqdim edilib. Yaranmış ƏDV borc məbləğı 500 manat olub. Öhdəliyin ödənilməsi mart ayının 10-da icra edilib. Fevral ayının 20-dən sonra olan hər gün üçün 0,1 faiz hesablanır: (500 x 18 gün) x 0.1% = 900 manat.

Vergi Məcəlləsinin 85.6.1-ci maddəsinə əsasən, vergi ödəyiciləri təbii fəlakətlər, təhlükəli obyektlərdə baş verən qəzalar və digər qarşısıalınmaz qüvvələrin nəticəsində zərər çəkdikdə vergi öhdəliklərini yerinə yetirmək müddətini uzatmağa imkan verilir. Bunun üçün vergi ödəyiciləri zərərin dəyməsi ilə bağlı müvafiq dövlət orqanlarından arayışlar əldə edərək vergi orqanına müraciət etməlidirlər. Bu, onlara vergi öhdəliklərini yerinə yetirməkdə əlavə vaxt qazanmağa kömək edəcək.

Hər bir müraciət müvafiq qaydalara uyğun şəkildə edilməlidir ki, vergi orqanları bu tələbləri nəzərə ala bilsinlər. Bu prosesdə vergi borcunun 10 faizinin ödənilməsi də tələb olunur. Beləliklə, vergi ödəyiciləri təbii fəlakətlərin təsirini azaldaraq vergi öhdəliklərini vaxtında yerinə yetirə bilərlər.

Təbii fəlakət və ya qarşısıalınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəydikdə, verginin ödənilməsi müddətinin uzadılması ilə bağlı faiz hesablanmır. Bu, vergi ödəyicisinin maliyyə yükünü azaltmaq məqsədi daşıyır və onların bərpa prosesini asanlaşdırır.

Vergi ödəyicisi vergi öhdəliklərinin yerinə yetirilməsi müddətini uzatmaq üçün aşağıdakı sənədləri təqdim etməlidir:

  • müddətin uzadılması barədə əsaslandırılmış müraciət;
  • hadisənin baş verməsi ilə bağlı müvafiq orqanın arayışı;
  • hadisə nəticəsində dəymiş zərərin məbləği ilə bağlı müvafiq orqanın arayışı.
Bu əsaslar təqdim edildikdə, müddətin vergi ili ərzində 1 aydan 9 ayadək uzadılması mümkündür. Bu, müəssisəyə zərərin bərpası üçün daha rahat şərait yaratmaqla fəaliyyətini davam etdirməsinə kömək edir.

Uzadılmış vergi öhdəliyinin yerinə yetirilməsi müddətinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilə bilər:

  • vergi ödəyicisi vergi öhdəliyini vaxtından əvvəl yerinə yetirdikdə;
  • vergi ödəyicisi haqqında vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət işi qaldırıldıqda;
  • vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması ilə bağlı qərarın şərtlərinə əməl edilmədikdə.
Qeyd edək ki, vergi orqanı uzadılmış müddətə vaxtından əvvəl xitam verildiyi barədə vergi ödəyicisinə 5 gün ərzində məlumat verməlidir. Vergi ödəyicisi bu məlumatı aldığı tarixdən 30 gün ərzində borc məbləğini və həmin məbləğə hesablanmış faizləri ödəməlidir. Bu prosedurlar vergi ödəyicilərinin məsuliyyətini artırır və qanunvericiliyə riayət etmələrini təmin edir.

Vergi ödəyicisinin vergi öhdəliyinin yerinə yetirilməsinin uzadılmış müddətinin vaxtından əvvəl dayandırılması haqda vergi orqanının, həmçinin onların vəzifəli şəxslərinin hərəkətindən və ya hərəkətsizliyindən şikayət etmək hüququ vardır.

Mənbə: https://vergiler.az/news/opinion/32240.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!