Nazirlər Kabinetinin yeni qərarının icra tarixi: əvvəlki xəstəlik vərəqələri üzrə müavinətlər necə hesablanacaq?
2026-04-10 | Kadr işi |Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2026-cı il tarixli 31 saylı Qərarı ilə bağlı ən çox müzakirə doğuran məsələlərdən biri qərardan öncəki xəstəlik vərəqələri üzrə hesablamanın necə həyata keçirilməsidir. Bu mövzu üzrə qərarda nəzərdə tutulan keçid müddəasının tələblərini “vergiler.az”a iqtisadçı ekspert Anar Bayramov izah edir.
Qərarın 2-ci hissəsində qeyd edilir ki, bu qərar qüvvəyə mindiyi tarixədək baş vermiş və (və ya) bu tarixdən sonra davam edən sosial sığorta hadisəsinə görə məcburi dövlət sosial sığortası üzrə ödəmələrin, habelə əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi həmin tarixdə qüvvədə olan normalara uyğun həyata keçirilir. Misallarla izah edək.
İşçi 10 yanvar 2026-cı il tarixdə 20 gün müddətinə əmək qabiliyyətini müvəqqəti itirib. Bu halda həm işəgötürən, həm də Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən hesablama qaydası Nazirlər Kabinetinin 189 saylı Qərarının əvvəlki redaksiyasının tələblərinə uyğun həyata keçiriləcək.
Göründüyü kimi, 31 saylı qərarda nəzərdə tutulan norma hüquqda geriyə şamil olunmama prinsipinə uyğundur.
Qərarın 3-cü bəndində qeyd edilir ki, bu qərar qüvvəyə mindiyi tarixədək təyin edilmiş və ödənişi davam edən məcburi dövlət sosial sığorta üzrə ödəmələrin (3 yaşınadək uşağa qulluğa görə müavinət istisna olmaqla) bu qərarın qüvvəyə minməsi ilə əlaqədar dayandırılmasına və yenidən hesablanmasına yol verilmir.
Lakin 31 saylı qərarda qeyd edilir ki, qərar qüvvəyə mindiyi tarixədək təyin edilmiş və ödənişi davam edən məcburi dövlət sosial sığorta üzrə ödəmələrin dayandırılmasına yol verilmir. Bu səbəbdən, belə hallarda artıq təyin edilmiş ödənişlərin DSMF tərəfindən davam etdirilməsi hüquqi baxımdan əsaslandırılmış hesab olunur.
İşçiləri maraqlandıran əsas məsələlərdən biri də qərarın hansı tarixdən hesablamalara tətbiq edilməsidir:
- 30 yanvar 2026-cı il (31 saylı qәrarın imzalandığı tarix);
- 2 fevral 2026-cı il (31 saylı qәrarın rәsmi dәrc olunduğu tarix);
- 1 may 2026-cı il (Dövlәt Sosial Müdafiә Fondunun proaktiv qaydada hesablanma mexanizminә keçid ilә bağlı elan etdiyi tarix).
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 saylı Qərarı 30 yanvar 2026-cı il tarixdə imzalansa da, 2 fevral 2026-cı il tarixdə rəsmi dərc olunub. Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanununun 85.1-ci maddəsinə əsasən, qanunlar, fərmanlar və Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. 31 saylı qərarda sənədin daha gec tarixdən qüvvəyə minməsi ilə bağlı ayrıca müddəa nəzərdə tutulmadığı üçün hüquqi baxımdan əsas götürülməli tarix – qərarın rəsmi dərc edildiyi 2 fevral 2026-cı ildir.
Bәs DSMF-nin qeyd etdiyi 1 may 2026-cı il tarixi nә ilә bağlıdır?
Doğrudur, qərarın müəyyən müddəalarında 1 may 2026-cı il tarixinə istinad edilir. Lakin həmin istinad əsasən proaktiv qaydada ödəniş mexanizminin tətbiqi ilə əlaqədardır. Məsələn, 189 saylı qərarın 7.4.2-ci bəndində qeyd olunur ki, 1 may 2026-cı il tarixindən əvvəl təyin edilmiş müavinətlərin ödənişi onların təyin edildiyi zaman qüvvədə olan qanunvericiliyə uyğun davam etdirilir.
Lakin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və sosial (hamiləliyə və doğuma görə) müavinətlərlə bağlı ayrıca olaraq 1 may 2026-cı il tarixdən tətbiq ediləcəyi barədə ümumi keçid istisnası nəzərdə tutulmayıb. Bu baxımdan, qeyd edilən müavinətlərin hesablanması qaydasında dəyişiklik baş verdiyinə görə, yeni normalar hüquqi qüvvəyə mindiyi tarixdən – yəni 2 fevral 2026-cı ildən tətbiq edilməlidir.
Praktik baxımdan isə yeni hesablamaların tətbiqi üçün e-gov.az portalında müvafiq texniki düzəlişlərin edilməsi zəruridir. Müəyyən dövrdə sistem dəyişiklikləri aparılmadığı üçün belə məlumatlar yayılıb ki, qərarın faktiki tətbiqi 1 may 2026-cı il tarixdən olacaq. Lakin normativ hüquqi akt baxımından tətbiq tarixinin dəyişdirilməsi üçün ya 31 saylı qərarda, ya da 189 saylı qərarda birbaşa müddəa nəzərdə tutulmalıdır. Әks halda, həm işəgötürənlər, həm də dövlət qurumları 189 saylı qərarın yeni redaksiyasında müəyyən edilmiş tələbləri 2 fevral 2026-cı il tarixdən tətbiq etməlidirlər.
Dövlət Sosial Müdafiə Fondu tərəfindən həm işəgötürənin vəsaiti hesabına, həm də dövlət büdcəsi hesabına ödəniləcək müavinətlərin 1 may 2026-cı il tarixdən etibarən yeni qaydada hesablanması gözlənilir. Bu isə o deməkdir ki, həmin tarixədək təqdim edilən sənədlər üzrə hesablamalar əvvəlki qaydaya əsasən aparıla, 1 may 2026-cı ildən sonrakı dövrdə isə yeni mexanizm tətbiq edilə bilər.