Asılı təsərrüfat cəmiyyətlərinə investisiyaların uçotu

2016-10-01 | Mühasibat uçotu | 6049

Müasir iqtisadiyyatımızda asılı cəmiətlər anlayışı ilə tez-tez rastlaşırıq. Ona görə asılı cəmiyyətlərin hüquqi əsaslarını və mühasibat uçotunun bu məsələyə yanaşmasını biz bilməliyik.

AR Mülki Məcəlləsinin 68.1-ci maddəsinə əsasən:

Təsərrüfat cəmiyyəti o halda asılı cəmiyyət sayılır ki, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının iyirmi faizindən çoxu və ya səhmdar cəmiyyətinin səsvermə hüququ verən səhmlərinin iyirmi faizindən çoxu digər (üstün, iştirakçı) ortaqlığa və ya cəmiyyətə mənsub olur.

Asılı müəssisələrə investisiyaların uçotu qaydaları 20 N-li "Asılı təsərrüfat cəmiyyətlərinə investisiyaların uçotu" Milli Mühasibat Uçotu Standartında öz əksini tapıb.

İndi gəlin baxaq 20 N-li "Asılı təsərrüfat cəmiyyətlərinə investisiyaların uçotu" Milli Mühasibat Uçotu Standartında asılı cəmiyyət anlayışı nə cür verilib:

Asılı təsərrüfat cəmiyyəti, ortaqlıq kimi səhmdar cəmiyyəti olmayan müəssisələr daxil olmaqla, investorun əhəmiyyətli təsirə malik olduğu, lakin onun nə törəmə, nə də birgə müəssisəsi olmayan müəssisədir.

Əhəmiyyətli təsir müəssisənin maliyyə və əməliyyat siyasəti ilə bağlı qərarların verilməsində iştirak etmək səlahiyyətidir, lakin həmin siyasət üzərində nəzarəti və ya birgə nəzarəti təmin etmir.

Əgər investor, birbaşa və ya dolayı olaraq (məsələn, törəmə müəssisələri vasitəsilə), investisiya obyektinin səsvermə hüququ verən səhmlərinin 20 və ya daha çox faizinə sahib olarsa, onun əhəmiyyətli təsirə malik olduğu hesab olunur. Lakin buna baxmayaraq, səhmlərin 20 və ya daha çox faizinə sahib olmaqla yanaşı əhəmiyyətli təsirə malik olmamaq mümkündür. Digər tərəfdən, əgər investor, birbaşa və ya dolayı olaraq (məsələn, törəmə müəssisələri vasitəsilə), investisiya obyektinin səsvermə hüququ verən səhmlərinin 20 faizindən az faizinə sahib olarsa, onun əhəmiyyətli təsirə malik olmadığı hesab olunur. Lakin buna baxmayaraq, səhmlərin 20 faizindən az faizinə sahib olmaqla yanaşı əhəmiyyətli təsirə malik olmaq mümkündür.

İnvestorun əhəmiyyətli təsirə malik olması adətən aşağıdakılardan birinin və ya bir neçəsinin mövcud olması ilə təsdiq olunur:

  • investisiya obyektinin direktorlar şurası və ya analoji idarəetmə orqanında nümayəndəlik;
  • siyasətin müəyyən olunması prosesində, o cümlədən dividend və ya digər bölüşdürmələr üzrə qərarların qəbul edilməsində iştirak etmək;
  • investor ilə investisiya obyekti arasında iri həcmli əməliyyatlar;
  • idarəetmə heyətinin qarşılıqlı mübadiləsi; və ya
  • vacib texniki məlumatların təqdim olunması.
Əsas cəmiyyət və asılı cəmiyyət arasındakı hüquqi münasibətlər aydın müəyyən edilib. Belə ki, əsas cəmiyyət asılı cəmiyyətin fəaliyyətinin istənilən sahəsinə aid vacib qərarların verilməsində iştirak edə bilər. Və asılı cəmiyyət bu qərarları mütləq şəkildə yerinə yetirməlidir. Lakin, əsas cəmiyyətin qərarı asılı cəmiyyətin müflis olmasına gətirib çıxarıbsa, əsas cəmiyyət qəbul etdiyi qərarların tam məsuliyyətini daşıyır:
  • Asılı cəmiyyətin kreditor borcu yarandıqda əsas cəmiyyət kreditorlar qarşısında cavabdehdir;
  • Asılı cəmiyyətin zərərləri böyükdürsə, asılı cəmiyyət zərərlərin məqsədəuyğun miqdarda kompensasiyasını tələb edə bilər; və s.
Asılı cəmyyət isə əsas cəmiyyətin öhdəliklərinə görə məcburi şəkildə məsuliyyət daşımır. Bu cür asılı müəssisələr həm ölkədə, həm də xaricdə yerləşə bilərlər. Onlar adi hüquqi şəxs kimi fəaliyyət göstərirlər.

Asılı cəmiyyətin səhmlərinin 20%-dən çoxunu alan əsas cəmiyyət bu cür məlumatı kommersiya sirrinə aid edə bilməz və bu hüquqi-təsərrüfat mübasibətləri barədə rəsmi olaraq məlumat verməlidir. Bütün lazımi məlumatlar müvafiq dövlət qeydiyyat orqanlarında dərc etdirilməlidir. AR Mülki Məcəlləsinin 68.2 maddəsinə əsasən:

Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının iyirmi faizindən çoxunu və ya səhmdar cəmiyyətinin səsvermə hüququ verən səhmlərinin iyirmi faizindən çoxunu əldə edən təsərrüfat ortaqlığı və ya cəmiyyəti bu barədə məlumatı ləngimədən dərc etdirməlidir.

Mühasibat uçotunda Asılı cəmiyyətlərə investisiyalar iştirak payı metodu ilə uçota alınır.

İştirak payı metodu investisiyanın əvvəlcə ilkin dəyəri ilə tanındığı və daha sonra investorun investisiya obyektinin xalis aktivlərindəki payında alışdan sonrakı dəyişikliklər üzrə düzəlişlərin edildiyi mühasibat uçotu metodudur. İnvestorun mənfəət və zərər haqqında hesabatında onun investisiya obyektinin mənfəət və ya zərərindəki payı əks etdirilir. İnvestorun investisiya obyektinin mənfəət və ya zərərindəki payı investorun mənfəət və ya zərərində tanınır.

Misal.

01.01.2017-ci il tarixində A şirkəti B şirkətinin adi səhmlərində 1 000 000 manat dəyərində 40% iştirak payını almışdır və həmin tarixdən B şirkətinin Direktorlar Şürasında nümayəndəliyini təmin etmək üçün A şirkəti öz səsvermə hüququndan istifadə etmişdir.

B şirkəti 2017-ci ilin hesabatlarında vergiqoymadan sonrakı mənfəətinin 400 000 manat olduğunu göstərmişdir. Bu məbləğdən 100 000 manat divident kimi payçılar arasında bölüşdürülmüşdür. A şirkətinə 40 000 manat divident verilmişdir.

İndi isə bu əməliyyatlara əsasən müxabirləşmələr edək

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 A şirkəti B şirkətinin 40% səhmlərini alır 151 "Asılı müəssisələrə investisiyalar" 223 "Bank hesablaşma hesabları" 1 000 000
2 A şirkəti 2017-ci ilin sonunda B şirkətinin mənfəətinin 40% öz hesabatlarında əks etdirir 400 000*40%=160 000 151 "Asılı müəssisələrə investisiyalar" 811 "Asılı və birgə müəssisələrin mənfəətlərində(zərərlərində) pay" 160 000
3 A şirkəti B şirkətindən divident alır 223 "Bank hesablaşma hesabları" 151 "Asılı müəssisələrə investisiyalar" 40 000
Beləliklə A müəssisəsinin balansında asılı müəssisələrə investisiyalar 2017-ci il üzrə aşağıdakı kimi əks olunacaq:

Asılı müəssisələrə investisiyalar
A müəssisəsinin payına düşən B müəssisəsinin mənfəəti
Verilmiş dividendlər
______________________________
Asılı müəssisələrə investisiyalar ilin sonunda

1 000 000
160 000
(40 000)
__________
1 120 000
Mənfəət və zərər haqqında hesabatda A şirkəti B şirkətinin mənfəətindən onun payına düşən 160 000 manatı mənfəət kimi göstəriləcəkdir.

Mənbə: www.muhasib.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!