Köhnə üsullarla işləməyin - MALİYYƏÇİLƏRƏ ÇAĞIRIŞ

2016-12-25 | Maliyyə menecmenti | 5687

Azərbaycanda keçən il 2 dəfə manatın devalvasiyası baş verdi, neftin qiymətinin 3 dəfədən çox aşağı düşməsi, tədiyyə balansının pisləşməsi əslində maliyyə təşkilatları qarşısında yeni iqtisadi-biznes modellərinin tətbiqi, yeni menecment mədəniyyəti və strategiyası formalaşdırmağa çağırışdır. Yeni iqtisadi şəraitdə köhnə üsullarla biznesin idarə olunması, risklər nəzərə alınmadan qərarların verilməsi şirkətlər üçün acınacaqlı nəticələr verə bilər. Yeni yaranmış şəraitin çağırışlardan biri də təşkilatlarda risklərin idarə olunmasına xüsusi önəmin verilməsidir. Azərbaycanda risk menecment artıq bir neçə ildir maliyyə təşkilatlarında qəbul olunmuş və fəaliyyət göstərən bölmədir. Lakin müşahidələr göstərir ki, Azərbaycanda yalnız bir neçə maliyyə təşkilatı oturuşmuş beynəlxalq risk idarəetmə sənədlərini özündə tətbiq edir. Bu sənədlərdən biri də Risk İştahası Bəyannaməsidir (Eng.Risk Appetite Statement). Risk iştahası bəyannaməsi beynəlxalq praktikada adətən Müşahidə Şurası tərəfindən təsdiq olunur. Bəyənnamə şirkətin öz fəaliyyəti çərçivəsində strateji hədəflərini və bu hədəflərə çatmaqdan ötrü qəbul edə biləcəyi maksimal riskləri şirkətin menecerlərinə və personalına çatdırmaq məqsədi daşıyır.

Aydındır ki, müştəriyə xidmət göstərən əməkdaş işlədiyi təşkilatın risklərinə bələd olduqda və bu risklərin aradan qaldırılmasında öz öhdəliyinə düşən məsələləri həll etməyi bacardıqda, bütün təşkilat bundan fayda götürəcəkdir. Risk iştahası bəyannaməsi strateji sənəd hesab olunur, sənədin mövcudluğu əməkdaşlarla rəhbərlik arasında işgüzar körpü yaratmağa, təşkilatın strateji hədəf və risklərini anlamağa, bu yöndə həmrəy fəaliyyət göstərməyə təkan verir. Bəyannamədə bir neçə sahə üzrə strateji hədəflər qeyd olunur. Bunlardan bəzi geniş yayılmışları aşağıda verilmişdir:

  • Kredit riski - Bank öz kredit portfelində problemli kreditlərin həcmini 25%-i keçməyən nisbətdə qorumağa çalışır (reallıqda bu nisbəti qorumaq qeyri-mümkün ola bilər, lakin belə bir korporativ sənədin olması bankı kredit portfelinin keyfiyyətinə daha ciddi yanaşmağa, yüksək anderraytinq standartları yaratmağa vadar edir)
  • Əməliyyat riskləri - Toplam əməliyyat riskləri üzrə itki təşkilatın illik gəlirlərinin 5% həddini keçməməlidir.
  • İT riskləri - beynəlxalq təcrübədə İT riskləri üzrə maksimum risk iştahası müəyyən olunur. Misal üçün təşkilatın İT-sistemində ay ərzində 2 dəfədən çox nasazıqların olması qəbul edilməzdir.
  • Çirkli pulların yuyulması - Beynəlxalq təcrübədə bir çox banklar çirkli pulların yuyulmasına qarşı zero tolerance - sıfır tolerantlıq prinsipi qəbul edir. Beləliklə, bu cür hallar təşkilatda qəbuledilməz hesab olunur.
  • Etik normaların pozulması - Sıfır tolerantlıq prinsipi eyni qaydada etik normanı pozan əməkdaşlara da şamil edilir. Qərb maliyyə təşkilatlarında əməkdaşlar tərəfindən etik normaların pozulması qəbuledilməz risk sayılır. Bu cür halların qarşısının alınması üçün ciddi addımlar atılır.
  • Müştəri yönümlük - hazırki mürəkkəb bazar şəraitində təşkilat əsas gəlir mənbəyi olan müştəriləri ilə əlaqələrin inkişaf etdirilməsində daim maraqlı olmalıdır. Bununla əlaqədar Bəyannamədə ay ərzində təşkilata 10-dan artıq müştəri şikayətinin qəbul olması bir risk kimi qiymətləndirilir və xüsusi araşdırılması tələb olunur.
  • İşçilərə yönümlük - Təşkilatın mənfəətliyi onun kadrlarından birbaşa asılıdır. Kadr axını riskin qarşısının alınması, sağlam daxili mühit yaradılması məqsədilə Bəyannamə işçi məmnuniyyətinin 90%-dən yuxarı olmasına nail olmağa çalışır.
  • KİV-də işıqlandırma - Təşkilatın KİV-də necə təqdim edildiyi birbaşa onun imicinə təsir edir. İmic riskini azaltmaq məqsədilə təşkilat daim mətbuatda özü haqqında yayılan qeyri-dəqiq məlumatları araşdırmalı, şayiə və böhtanlara qarşı sıfır tolerantlıq prinsipindən istifadə etməlidir.
Yuxarıda qeyd olunan misallar bir çox beynəlxalq maliyyə təşkilatlarının ayrıca daxili qaydalarında və ya Risk İştahası Bəyannaməsi kimi qəbul olunub. Hər bir risk kateqoriyası üzrə qəbul olunan risk iştahası əmsalı həmin təşkilatın spesifik xüsusiyyətləri nəzərə alınaraq qəbul edilməlidir.

Müəllif: Toğrul Yaqublu, maliyyəçi

Mənbə: http://fins.az/biznes/912717/kohne-usullarla-islemeyin-maliyyachilara-chagiris.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!