Tikili və avadanlıqların təmir xərclərinin uçotu
2017-05-17 | Mühasibat uçotu | 7516Müəssisəyə məxsus tikili və avadanlıqların vaxtaşıri təmirə ehtiyacı olur. Təmir cari və ya əsaslı ola bilər.
Əsaslı təmir nəticəsində tikili və avadanlıqların bir sıra hissələrinin dəyişilməsi və bərpa olunması həyata keçirilir. Cari təmirin aparılması nəticəsində isə tikili və avadanlıqların vaxtından əvvəl köhnəlməsinin qarşısı alınır. Tikili və avadanlıqların əsaslı və cari təmiri təsərrüfat üsulu və ya podrat üsulu ilə aparıla bilər.
Podrat üsulu ilə aparılan təmir işləri - sifarişçi (müəssisə) ilə razılaşdırılmış qiymətlər əsasında podratçılar (hüquqi və ya fiziki şəxslər) tərəfindən müvafiq sənədlərlə (müqavilə, smeta, görülmüş işlər üzrə qəbul-təhvil aktı və digər uçot sənədləri) rəsmiləşdirilən yerinə yetirilmiş təmir işləridir.
Təsərrüfat üsulu ilə yerinə yetirilən təmir işləri - müəssisənin öz vəsaiti hesabına mövcud ştat cədvəlinə uyğun fəaliyyət göstərən tikinti şöbəsi (bölməsi), xüsusiləşdirilmiş briqada (dəstə), habelə mövsümi xarakterli təmir işlərinin aparılması (görülməsi) üçün müvafiq briqada (dəstə) vasitəsi ilə həyata keçirilən təmir işləridir.
Podrat üsulu ilə təmir işləri podratçılarla razılaşdırılmış qiymətlə, təsərrüfat üsulu ilə təmir işləri isə faktiki maya dəyəri ilə uçota alınır.
Cari təmir məsrəfləri
Cari təmir məsrəfləri – tikili və avadanlıqların hər bir kateqoriyasının saxlanılması, istismarı və vaxtından əvvəl köhnəlməsinin qarşısının alınması üçün (o cümlədən ayrı-ayrı hissələrinin dəyişdirilməsi, bərpası, rənglənməsi, yağlanması, sazlanması) hesabat ili ərzində onlara texniki baxışın keçirilməsi və texniki xidmətin göstərilməsi ilə bağlı olan məsrəflərdir.
Norma daxilində cari təmir məsrəfləri – qanunvericiliklə müəyyən edilmiş normalar həddində tikili və avadanlıqlara hesablanmış məsrəflərdir.
Yerinə yetirilmiş təmir işlərinə dair təmir məsrəflərinin məbləğləri tikili və avadanlıqların ayrı-ayrı kateqoriyaları üzrə hesablanmaqla uçota alınır və biri digərinə aid edilmir.
Cari təmir məsrəflərinin məbləği tikili və avadanlıqların hər bir kateqoriyasının əvvəlki ilin sonuna balans dəyərinin aşağıdakı həddi ilə məhdudlaşdırılır:
- tikililər (binalar, qurğular, ötürücü qurğular və onların struktur komponentləri) - 2%;
- maşın və avadanlıqlar - 5%;
- nəqliyyat vasitələri - 5%;
- sair torpaq, tikili və avadanlıqlar - 3%;
- amortizasiya hesablanmayan tikili və avadanlıqlar - 0%.
Qanunvericiliklə müəyyən edilmiş normalar həddindən artıq cari təmir məsrəfləri tikili və avadanlıqlar üzrə kapitallaşdırılmış məsrəflərə aid edilir. Həmin məsrəflər "Əmlakın (qiymətlilərin) uçot kartı"nda (Forma N 1Q) hər bir obyekt üzrə ayrı-ayrılıqda aparılır.
Amortizasiya olunmayan tikili və avadanlıqların cari təmirinə çəkilmiş məsrəflər tikili və avadanlıqlar üzrə kapitallaşdırılmış məsrəflərə aid edilir.
Podrat üsulu ilə yerinə yetirilmiş cari təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsi aşağıdakı qaydada aparılır:
- yerinə yetirilmiş təmir işləri üzrə cari təmir məsrəflərinin uçotda əks etdirilməsi üçün 202-ci hesabın müvafiq subhesablarının debeti və 531, 431, 532, 432, 536, 433, 538, 435 hesablarının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;
- cari təmir məsrəflərinin ödənilməsi zamanı 531, 431, 532, 432, 536, 433, 538, 435 hesablarının müvafiq subhesablarının debeti və 221, 223, 224 hesabların müvafiq subhesablarının kreditində əks etdirilir;
- cari təmir məsrəflərinin hesabat dövrünün sonunda xərc kimi tanınması zamanı 202-ci hesabının müvafiq subhesablarının kreditindən 701-ci hesabın müvafiq subhesablarının debetinə silinir;
- cari təmir məsrəflərinin faktiki məbləği müəyyən edilmiş həddən artıq olduqda, bu fərqin hər bir kateqoriyaya aid əsas fondlar üzrə kapital qoyuluşuna yönəldilməsi zamanı 113 hesabının müvafiq subhesablarının debeti və 202 hesabının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;
- müəyyən edilən həddən artıq cari təmir məsrəflərinin məbləği əsas fondların hər bir kateqoriyası üzrə onların balans dəyərinin artırılmasına yönəldikdə 113 hesabının müvafiq subhesablarının kreditindən 111 hesabının müvafiq subhesablarının debetinə silinir;
- cari təmir məsrəflərinin faktiki məbləği müəyyən edilmiş həddən az olduqda, bu fərq əsas fondların hər bir kateqoriyası üzrə növbəti hesabat dövründə cari təmir məsrəflərinə aid olunan məbləğə əlavə edilir.
Təsərrüfat üsulu ilə yerinə yetirilmiş cari təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsi aşağıdakı qaydada aparılır:
- yerinə yetirilmiş təmir işləri üzrə cari təmir məsrəflərinin uçotda əks etdirilməsi üçün 202-ci hesabının müvafiq subhesablarının debeti və 201, 204, 205, 207, 531, 532, 536, 533, 521, 522, 523, 538, 545 hesablarının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;
- cari təmir məsrəflərinin ödənilməsi zamanı 531, 532, 536, 533, 521, 522, 523, 538, 545 hesablarının müvafiq subhesablarının debeti və 221, 223, 224 hesabların müvafiq subhesablarının kreditində əks etdirilir;
- cari təmir məsrəflərinin hesabat dövrünün sonunda xərc kimi tanınması zamanı 202-ci hesabın müvafiq subhesablarının kreditindən 701-ci hesabın müvafiq subhesablarının debetinə silinir;
- cari təmir məsrəflərinin faktiki məbləği müəyyən edilmiş həddən artıq olduqda, bu fərqin hər bir kateqoriyaya aid əsas fondlar üzrə kapital qoyuluşuna yönəldilməsi zamanı 113 hesabının müvafiq subhesablarının debeti və 202-ci hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;
- müəyyən edilən həddən artıq cari təmir məsrəflərinin məbləği əsas fondların hər bir kateqoriyası üzrə onların balans dəyərinin artırılmasına yönəldikdə 113-cü hesabının müvafiq subhesablarının kreditindən 111-ci hesabın müvafiq subhesablarının debetinə silinir;

Misal. Müəssisə ona məxsus dəzgahın cari təmirini təsərrüfat üsulu ilə həyata keçirmişdir. Dəzgahın əvvəlki ilin sonuna balans dəyəri 25 000 manatdır. Qaydalara əsasən norma daxilində cari təmir məsrəfləri maşın və avadanlıqlar üçün əvvəlki ilin sonuna balans dəyərinin 5% təşkil edir. Belə olduqda, təmir edilən dəzgah üçün norma daxilində cari təmir məsrəfləri 1 250 manat (25 000 * 5%) təşkil edəcək. Dəzgahın cari təmir məsrəfləri təşkil etmişdir:
|
N | Əməliyyatın məzmunu | Debet | Kredit | Məbləğ |
1 | Dəzgahın təmiri ilə məşğul olan işçilərin əmək haqqısı | 202-3 "Əsas istehsalatla məşğul olan işçi heyətinə məsrəflər" | 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" | 2 200 |
2 | Müəssisə hesabına əmək haqqı fondundan hesablanan sosial sığorta ödənişləri | 202-3 "Əsas istehsalatla məşğul olan işçi heyətinə məsrəflər" | 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər" | 484 |
3 | Dəzgahın təmiri üçün alınmış ehtiyat hissələrinin dəyəri | 202-8 "Sair istehsalat xərcləri" | 201-5 "Ehtiyat hissələri" | 2 750 |
4 | Norma daxilində cari təmir məsrəfləri hesabat dövrünün sonunda xərc kimi tanınması | 701 "Satışın maya dəyəri üzrə xərclər" | 202 "İstehsalat (iş və xidmət) məsrəfləri" | 1 250 |
4 | Müəyyən edilən həddən artıq cari təmir məsrəflərinin məbləği əsas fondlar üzrə kapital qoyuluşuna yönəldilir | 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması" | 202 "İstehsalat (iş və xidmət) məsrəfləri" | 4 184 |
5 | Müəyyən edilən həddən artıq cari təmir məsrəflərinin məbləği əsas fondların balans dəyərinin artırılmasına yönəldilir | 111 "Torpaq, tikili və avadanlıqların dəyəri" | 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması" | 4 184 |
Əsaslı təmir məsrəfləri
Əsaslı təmir məsrəfləri - tikili və avadanlıqların istismar müddətinin uzadılması məqsədi ilə smeta sənədləri əsasında hesabat ili ərzində bir dəfədən çox olmamaq şərti ilə yerinə yetirilən işlər üzrə onların tam və ya əhəmiyyətli dərəcədə bərpasına, o cümlədən tam aşınmış (köhnəlmiş), sıradan çıxmış tikili və avadanlıqların struktur komponentlərinin bütün hissələrinin sökülməsinə və dəyişdirilməsinə çəkilmiş məsrəflərdir.
Əsaslı təmir məsrəfləri tikili və avadanlıqlar üzrə kapitallaşdırılmış məsrəflərə aid edilir.
Podrat üsulu ilə yerinə yetirilmiş əsaslı təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsi aşağıdakı qaydada aparılır:
- yerinə yetirilmiş təmir işləri üzrə əsaslı təmir məsrəflərinin uçotda əks etdirilməsi üçün 113-cü hesabın müvafiq subhesablarının debeti və 531, 431, 532, 432, 536, 433, 538, 435 hesablarının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;
- əsaslı təmir məsrəflərinin ödənilməsi zamanı 531, 431, 532, 432, 536, 433, 538, 435 hesablarının müvafiq subhesablarının debeti və 221, 223, 224 hesabların müvafiq subhesablarının kreditində əks etdirilir;
- əsaslı təmir məsrəflərinin məbləği əsas fondların hər bir kateqoriyası üzrə onların balans dəyərinin artırılmasına yönəldikdə 113-cü hesabın müvafiq subhesablarının kreditindən 111-ci hesabın müvafiq subhesablarının debetinə silinir.
Misal. Müəssisə ona məxsus dəzgahın mühərrikinin sıradan çıxması və təmirinin mümkün olmadığı ilə əlaqədar olaraq, mühərriki dəyişdirmişdir. Mühərrikin dəyişdirilməsi işləri başqa bir müəssisə tərəfindən 4 720 manata (ƏDV daxil) görülmüşdür. Məbləğə mühərrikin dəyəri də daxildir. Köhnə mühərrikin bazar qiyməti 250 manata dəyərləndirilmişdir. |

1 | Dəzgahın mühərrikinin dəyişdirilməsi ilə bağlı xərclərin uçotu | 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması" | 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" | 4 000 |
2 | Dəzgahın mühərrikinin dəyişdirilməsi ilə bağlı xərclərin ƏDV-si | 241 "Əvəzləşdirilən ƏDV" | 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" | 720 |
3 | Mühərrikinin dəyişdirilməsi ilə bağlı xərclərin ödənilməsi-əsas məbləğ | 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" | 223 "Bank hesablaşma hesabları" | 4 000 |
4 | Mühərrikinin dəyişdirilməsi ilə bağlı xərclərin ödənilməsi-ƏDV | 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" | 226 "ƏDV sub-uçot hesabı" | 720 |
5 | Mühərrikin dəyişdirilməsi ilə bağlı xərclərin kapitallaşdırılması | 111 "Torpaq, tikili və avadanlıqların dəyəri" | 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması" | 4 000 |
6 | Ödənilən ƏDV-nin əvəzləşdirilməsi | 521-2 "Vergi öhdəlikləri-ƏDV" | 241 "Əvəzləşdirilən ƏDV" | 720 |
7 | Köhnə mühərrikin gələcəkdə satış üçün uçota alınması | 206 "Satış məqsədi ilə saxlanılan digər aktivlər" | 611 "Sair əməliyyat gəlirləri" | 250 |
Təsərrüfat üsulu ilə yerinə yetirilmiş əsaslı təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsi aşağıdakı qaydada aparılır:
- yerinə yetirilmiş təmir işləri üzrə əsaslı təmir məsrəflərinin uçotda əks etdirilməsi üçün 113-cü hesabın müvafiq subhesablarının debeti və 201, 203, 204, 205, 207, 531, 431, 532, 432, 536, 433, 533, 521, 522, 523, 538, 435, 545, 445 hesablarının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;
- əsaslı təmir məsrəflərinin ödənilməsi zamanı 531, 431, 532, 432, 536, 433, 533, 521, 522, 523, 538, 435, 545, 445 hesablarının müvafiq subhesablarının debeti və 221, 223, 224 hesabların müvafiq subhesablarının kreditində əks etdirilir;
- əsaslı təmir məsrəflərinin məbləği əsas fondların hər bir kateqoriyası üzrə onların balans dəyərinin artırılmasına yönəldikdə 113-cü hesabının müvafiq subhesablarının kreditindən 111-ci hesabının müvafiq subhesablarının debetinə silinir.
Vergi uçotu
AR Vergi Məcəlləsinin 115-ci "Təmirlə bağlı xərclərin gəlirdən çıxılması" maddəsinə əsasən hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği məhdudlaşdırılır. Bu məbləği tapmaq üçün əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərini müvafiq faiz dərəcəsinə görə hesablamaq lazımdır. Faiz dərəcələri aşağıda göstərilib:
- binalar, tikintilər və qurğular — ilin sonuna qalıq dəyərinin 2 faizi;
- maşınlar və avadanlıq — ilin sonuna qalıq dəyərinin 5 faizi;
- nəqliyyat vasitələri — ilin sonuna qalıq dəyərinin 5 faizi;
- digər əsas vəsaitlər — ilin sonuna qalıq dəyərinin 3 faizi;
- köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlər üzrə - 0 faiz.
Müəyyən edilən məhdudlaşdırmadan artıq olan məbləğ cari vergi ilinin sonuna əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərinin artmasına aid edilir.
Amortizasiya olunmayan, köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlərin təmirinə çəkilmiş xərclər gəlirdən çıxılmır və onların balans dəyərini artırır.
Misal. Müəssisədə 4 ədəd dəzgah vardır. Birisi köhnə dəzgahdır, və onun balans dəyəri 1 638.40 manatdır, digər 3 ədədi isə yenidir, və yenilərin hər birinin balans dəyəri 4 000 manatdır. Hesabat dövrü ərzində köhnə dəzgah 500 manat, yeni dəzgahlardan biri isə 100 manat dəyərində təmir edilmişdir. Köhnə dəzgahın keçən illərdən 390.40 manat istifadə edilməyən təmir xərcləri yığılmışdır. AR Vergi Məcəlləsinin 115-ci "Təmirlə bağlı xərclərin gəlirdən çıxılması" maddəsinə əsasən köhnə dəzgaha çəkilən 500 manat təmir xərcindən 81.92 manat (1 638.40*5%) + 390.40 manat məbləğ gəlirdən çıxılır, qalan 27.68 manat isə dəzgahın qalıq dəyərinin artmasına aid edilir. Yeni dəzgahın təmirinə çəkilən 100 manat məbləğ isə yuxarıda qeyd edilən maddəyə əsasən norma daxilindədir: 4 000 manat * 5% = 200 manat və tam xərclərə aid edilə bilər. |
Qeyd etmək lazımdır ki, təmir xərcləri norması hər əsas vəsait üçün ayrı-ayrılıqda hesablanır.
Əsas vəsaitlərin hər bir kateqoriyasının ilin sonuna qalıq dəyəri sıfıra bərabər olduqda, təmir xərclərinin faktiki məbləği müvafiq kateqoriyaya aid əsas vəsaitlərin qalıq dəyərinə aid edilir və AR Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq amortizasiya hesablanır.
AR Vergi Məcəlləsinin müddəaları yalnız təmir xərclərinin gəlirdən çıxılan məbləğini məhdudlaşdırır və vergi ödəyicilərinin digər mənbələr hesabına təmir işlərini həyata keçirməsini qadağan etmir.
Normativ-Hüquqi aktlar:
Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar
AR Vergi Məcəlləsi, Maddə: 115.
Mənbə: https://muhasib.az