Qeyri-adi vergilər

2013-08-29 | Vergilər | 2699

Vergi - yəqin ki, ödəyicilər üçün heç də xoşagələn mövzu deyil... Vergi ödəmək hər bir ölkə vətəndaşının borcudur və bu hər kəs tərəfindən bir mənalı qarşılanır. Lakin elə ölkələr vardır ki, burada tətbiq olunan vergilər ilk baxışdan qəribə təsir bağışlayır. Bu vergilər ölkə vətəndaşlarının özünü də təəccübləndirmək iqtidarındadır.

Məsələn, Danimarkada yağlı qidaya görə vergi tələb olunur. Belə ki, bu ölkədə tərkibində 2,3%-dən çox yağ olan bütün ərzaqlara görə vergi nəzərdə tutulur. Əgər öz yediklərinizə nəzarət etmirsinizsə buna görə Danimarkada vergi ödəməli olacaqsınız. Bu vergi barədə qanun 2011-ci ildə qəbul edilib. Bu vergi səbəbindən ərzaq qiymətləri ciddi şəkildə artmışdı. Nəticədə də danimarkalılar ərzaq almaq üçün Almaniyaya üz tutdular və buradan istədikləri kimi yağlı qida məhsulları alırdılar. Bunu nəzərə alar ölkə rəhbərliyi sözü gedən bu vergini ləğv etmişdi və bununla da qiymətlər aşağı enməyə başladı.

Tək Avropada deyil, Amerikada da yerli məmurlar insanları təəccübləndirməyi bacarıb. Belə ki, 2013-cü ilin yanvar ayının sonlarında İllinois ştatının Palata nümayəndəsi Uill Devis ştat ərazisində idman ayaqqabılarına görə vergi öhdəliyini tətbiq etməyi təklif etdi. Onun fikrincə idman ayaqqabısını hər kəs deyil, yalnız idmanı həqiqətən sevən insanlar almalıdır və hər idman ayaqqabısı alan şəxsdən 25% vergi almağı təklif edirdi. Buradan əldə edilən vergilər isə ümumi büdcəyə təxminən 3 milyon dollar gətirəcəkdi və sonradan bu vəsaitləri regionda idmanın inkişafına xərcləmək olardı.

İllinois ştatı öz "xüsusi" vergiləri ilə məşhurdur. Hələ 2009-cu ildə burada əhalinin sağlam qidalanmasını və sağlamlığını düşünərək konfetlərə vergi qoyulmuşdu. Belə ki, yerli parlament nümayəndələri belə qərara gəlmişdilər ki, tərkibində un olan şirniyyatlar konfet hesab olunmur və vergiyə cəlb olunurdu. Bundan bir neçə il sonra danimarkalılar da bu üsula əl atmışdılar. Digər bir Amerika ştatı Kanzasda isə hava şarında uçmağa görə vergi ödəmək tələb olunur.

Yenidən Avropaya qayıtsaq, Avstriyada da özünəməxsus bir vergi növü ilə qarşılaşa bilərik. Burada dağlarda xizək sürmək istəyənlər bu əyləncə üçün vergi ödəməlidirlər. Bildiyimiz ki, Avstriyada qağ turizmi kifayət qədər yüksək inkişaf edib. Turistlər bura gələrək, dağ xizəkləri ilə əylənirlər və bunların hamısının sonu uğurla bitmir. Travma alanlar turistlər yerli xəstəxanalara göndərilir və bu xəstəxanalarda uğursuz turistlərin öhdələrindən gəlmək həmişə mümkün olmur.

Beləliklə, bu vergi xəstəxanalara pul qazandırmalıdır.

Mənbə: www.banker.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!