Özəl vergi məsləhətçisi və onun funksiyaları

2018-04-04 | Vergilər | 3928

Dünyanın əksər ölkələrində özəl vergi məsləhəti xidmətindən geniş istifadə olunur. Bu xidmət vergi ödəyicilərinin işini xeyli sadələşdirməklə yanaşı, sahibkarların vergi problemlərinin həllində, vergilərin düzgün hesablanmasında və dövlət büdcəsinə ödəmələrin vaxtlı-vaxtında həyata keçirilməsində məsləhətçi rolunu oynayır. Vergi məsləhəti peşəkar fəaliyyətin bir növü olaraq, sifarişçiyə (məsləhət alana) vergilər sahəsində qanunla tənzimlənən vəzifələrin yerinə yetirilməsi üçün yardımçı ola bilən xidmət növüdür.

Vergi məsləhətçisinin göstərdiyi xidmətlər

Xeyli müddətdir özəl vergi məsləhətcisi kimi calışan Aslan Şükürov hesab edir ki, vergi məsləhətçisi yüksək səviyyəli hüquqi-iqtisadi biliklərə malik və xüsusi hazırlıq keçən mütəxəssis olmalıdır. Onun sözlərinə görə, vergi məsləhəti üzrə xidmətləri bir neçə istiqamətə ayırmaq olar: «Vergi məsləhəti, vergi ekspertizası, sənədlərin tərtib edilməsi, ödəyicinin maraqlarının təmsil olunması, cari vergilərin ödənilməsinin əlverişli yolları, vergi planlaşdırılması və s. Bu istiqamətlərin hər biri öz növbəsində müxtəlif xidmət növlərinə bölünə bilər. Sifarişçinin sualları vergi məsləhətçisi tərəfindən müxtəlif formalarda cavablandırılır. Məsələn, ekspress məsləhət, möhlətli cavab məsləhəti, yazılı və ya şifahi məsləhət və s. Adətən, vergi məsləhəti birdəfəlik məsləhətlər çərçivəsində həyata keçirilməklə, vergi məsləhətçisinin işinin əsasını təşkil edir. Ekspress məsləhət vergi məsləhətinin çox çətin növüdür. Çünki sifarişçinin hansı suallarla müraciət edəcəyi əvvəlcədən məlum olmur. Burada suallar qısa formada və sifarişçinin haqqını ödədiyi zaman kəsiyində cavablandırılmalıdır. Belə bir rejimdə böyuk təcrübəyə və informasiya bazasına, həmçinin sıx qarşılıqlı əlaqəyə malik olan məsləhətçilər işləyə bilirlər».

Bundan başqa, həlli çətin olan, ciddi qanunvericilik qaydalarına əsaslanan sualları cavablandırmaq üçün möhlətli məsləhətlərdən istifadə etmək lazım gəlir. Aslan Şükürovun fikrincə, belə formanın tətbiqi zamanı vergi məsləhətçisinin ixtiyarında düşünmək, ekspertlərin rəyini öyrənmək, qanunvericiliyi araşdırmaq üçün kifayət qədər vaxt olur.

Bəzən sifarişçi vergi məsləhətçisindən ona yazılı cavab verməyi xahiş edir. Belə bir hal sifarişçinin vergi orqanları ilə mübahisələri zamanı yaranır və məsləhətçinin yazılı rəyi ekspert rəyinin funksiyasını yerinə yetirir və yaxud sifarişçi bütün hüquqi məsuliyyəti vergi məsləhətçisinin üzərinə qoymağa çalışır. Vergi ekspertizası sifarişçinin tələbi əsasında, vergiqoymanın nəticələrini və əlverişli vergi mühütini öyrənmək üçün müəyyən bir sahənin (bəyannamələrin, təsərrüfat əməliyyatlarının və s.) təftişinə yönəlmiş ardıcıl iş və tədbirlərdən ibarətdir. Buraya vergi auditi, sənədlərin vergi ekspertizası (müqavilələr, bəyannamələr, ilkin uçot sənədləri),vergi yoxlamaları aktları üzrə iş, sazişlər bağlanarkən sifarişçinin vergi öhdəliyinin qiymətləndirilməsi daxildir.

Göründüyü kimi, vergi ekspertizası üzrə sadalanan istiqamətlər çərçivəsində vergi məsləhətçisi işin vəziyyəti haqqında əsaslandırılmış qiymət verə bilən peşəkar ekspert kimi çıxış edir. Aslan Şükürovun sözlərinə görə, vergi ekspertizası sifarişçiyə problemləri, nöqsanları üzə çıxarmaq, vergi ödəyən zaman əlverişli yollardan istifadə etmək imkanı verir. Məsələn, vergi auditi vergilərin nə dərəcədə düzgün və vaxtında ödənilməsi haqqında məlumat verir. Vergi öhdəliklərinin qiymətləndirilməsi konkret təsərrüfat əməliyyatlarının və sazişlərin vergiyə cəlb edilməsinin müxtəlif variantlarından ibarətdir. Bir çox sahibkarlar vergi qanunvericiliyinin bütün mürəkkəbliyini nəzərə alaraq vergilərin ödənilməsi işini məsləhətçilərə tapşırırlar.

Mütəxəssis bildirdi ki, şifarişçi ilə məsləhətçi arasında olan münasibətlər müqavilə yolu ilə rəsmiləşdirlir. Sifarişçi tərəfindən verilən tapşırığın məzmunundan və məsləhətin istiqamətindən asılı olaraq, müqavilələr üç müxtəlif forma - birdəfəlik, abonent və layihə müqaviləsi əsasında bağlanılır.

Birdəfəlik müqavilə tərəflər arasındakı görüş üçün nəzərdə tutulmaqla, sifarişçinin konkret sualı vergi məsləhətçisi tərəfindən cavablandırıldığı halda bağlanılır. Abunə müqaviləsi isə tərəflər arasında müəyyən bir müddət üçün bağlanılır ki, bu zaman kəsiyində də (hər gün, həftədə bir dəfə və s.) məsləhətçi müqavilə şərtlərinə uyğun olaraq sifarişçinin suallarını cavablandırır.

Beynəlxalq təcrübə

Bəzi ölkələrin təcrübəsində ilkin dövrlərdə vergi məsləhətçilərinin funksiyalarını vəkillər həyata keçirmişlər. Onlar, əsasən, öz sifarişçilərinə mirasların və hədiyyələrin bağışlanması məsələləri ilə əlaqədar məsləhətlər verirmişlər.

Vergi məsləhətçisi əksər dünya ölkələrində vergi orqanlarının işini yüngülləşdirməklə yanaşı, dövlət orqanları ilə vətəndaşlar arasında körpü rolunda çıxış edir.

Rusiya Federasiyasında belə bir institut son on ildə formalaşmağa başlayıb. İlk vaxtlarda bu məsləhət Rusiyanın Vergilər Nazirliyi və onun tədris mərkəzi tərəfindən həyata keçirilirdi.

Qazaxıstanda özəl vergi məsləhəti son illər xeyli inkişaf edib və təşkilatlanma dövrünü keçib. Hətta bu ölkədə 2002-ci ilin mart ayında ictimai birlik kimi Vergi Məsləhətçiləri Palatası təsis olunub. Hazırda palatanın özəyini yüksək səviyyəli mütəxəssislər təşkil etməklə yanaşı, onun idarəetmə orqanına 12 şura üzvü daxildir.

Almaniyada vergi məsləhətçilərinin xidmətindən təxminən dörd milyon vətəndaş sistemli şəkildə istifadə edir, iki milyon nəfər isə vergi birliklərinin və onun assosiasiyalarının üzvüdür.

Mənbə: http://vergiler.az/art-view/2890/

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!