Mühasib

Şirkətin adı: Caspiantech QSC
Vakansiya Mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı:
Son tarix : 2019-06-02
Telefon
E-poçt: jobs@caspiantech.az
Şirkət barədə məlumat “Caspiantech” QSC Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilmişdir. “Caspiantech” QSC-nin ticarət nişanı olan “TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başladı. “TOPAZ” 2013-ci ildə tazı yarışı oyunlarına start verməklə yanaşı, “Azərlotereya” ASC-nin lotereya məhsullarının satışına başladı. “TOPAZ” markası 2012-ci ildən etibarən Azərbaycan Premyer Liqasının sponsorudur. Bundan başqa, hazırda bütün Azərbaycan üzrə “TOPAZ”-ın təxminən 500 eksklüziv satış agenti var
İş barədə məlumat • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət etmək;
• Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;
• Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
• Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək;
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasınına nəzarət etmək
• Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
• Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edir;
• Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etmək;
• Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərini hazırlamaq.
Tələblər • Azərbaycan Respublikasının Verqi Məcəlləsini;
• Mühasibat uçotunun hesablar planının tətbiqinin əsas müddəalarını;
• Ali iqtisadi təhsil;
• Ən azı 3 illik müvafiq sahə üzrə təcrübə;
• Kompüter biliyi – Əla səviyyədə excel istifadəçisi olmaq, 1C təcrübəsi üstünlükdür.
Sair məlumat Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu yerində Mühasib yazmaqla jobs@caspiantech.az elektron ünvanına göndərə bilərlər.

Mənbə: www.jobsearch.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!