Maliyyə Müdiri

Şirkətin adı: Zayam Technologies Park OJSC
Vakansiya Maliyyə Müdiri
İş yeri (Şəhər): Şəmkir şəhəri
Əmək haqqı:
Son tarix : 2019-06-15
Telefon
E-poçt: hr@ztp.az
Şirkət barədə məlumat
İş barədə məlumat • Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edir.
• Operativ maliyyə məlumatlarının təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin edir;
• 1C proqramında Mühasibatlıq bazasının yığılmasının təşkili;
• Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsinin təşkil edir;
• Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatını tərtib edir;
• Müəssisənin aylıq və illik maliyyə büdcəsinin tərtibi və büdcə üzrə gəlir və xərclərə nəzarəti həyata keçirir;
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir;
• Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil edir;
• Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsini təmin edir;
• Vergilər üzrə hesabatların tərtib və təqdim edilməsini təmin edir;
• Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edir;
Tələblər • Mühasibat uçotunun müəssisələrdə təşkilini; maliyyə hesabatlarının forma və qaydalarını;
• Pul, maddi vəsaitlərin daxil edilməsi, qəbulu, saxlanılması və xərclənməsi qaydalarını;
• Pul, maddi vəsaitlərinin, debitor borclarının silinməsi qaydalarını;
• Debitor və kreditorlarla hesablaşma qaydalarını;
• Mühasibat balanslarının və hesabatlarının tərtib edilməsi qaydalarını;
• Yoxlanış və sənədli təftişin qaydalarını;
• Ali təhsil; (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
• 1C Proqramında, Excell proqramında yüksək səviyyədə işləmə bacarığı;
• Müvafiq sahədə minimum 5 (beş) il iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus və İngilis dilləri yaxşı;
Sair məlumat Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@ztp.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını (Maliyyə Müdiri) emaildə MÖVZU (SUBJECT) bölməsində göstərin.

Mənbə: https://www.jobsearch.az/

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!