Mühasib

Şirkətin adı: Salam Baku Hotel
Vakansiya Mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı:
Son tarix : 2019-08-31
Telefon
E-poçt: hr@salambakuhotel.az
Şirkət barədə məlumat
İş barədə məlumat - Mühasibat və vergi uçotunun aparılması;
- Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
- Əmək haqqı, məzuniyyət haqqlarinın hesablanması;
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
- Aylıq maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Mənfəət və ya Zərər haqqında hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Vergi, DSMF, Statistika idarəsinə bütün hesabatların müvafiq proqramlarda hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara onlayn təqdim edilməsi;
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının və Hesab - Fakturaların tərtib olunması və göndərilməsi;
- Aylıq inventarizasiyaların nəticələrini təhlil etmək və mal material uçotuna lazımı dəyişiklikləri işləmək;
Tələblər - 25-40 yaş aralığında olan namizədlər;
- Ali təhsil (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr);
- Ciddi, kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalı;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı
- Vergi məcəllələrini yüksək səviyyədə bilməli
- 1.C8.2 Proqramlarında işləmə bacarığı
- İş təcrübəsi: müvafiq vəzifədə 3 ildən yuxarı
- Dil bilikləri: Azərbaycan dili (yazmaq, oxumaq və danışmaq mükəmməl səviyyədə)
- Məsuliyyətli, stressə davamlı
Sair məlumat Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “ Mühasib” qeyd edərək öz CV lərini hr@salambakuhotel.az email ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: https://www.jobsearch.az/

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!