Mühasib köməkçisi

Şirkətin adı: İnci Group of Companies
Vakansiya Mühasib köməkçisi
İş yeri (Şəhər): Bakı
Əmək haqqı:
Son tarix : 2019-09-22
Telefon
E-poçt: hr.inci@inci.az
Şirkət barədə məlumat 1995-cü ildə təsis olunan “İnci Group of Companies” MMC satış və distributor şirkəti kimi fəaliyyətə başlayıb. Hazırda şirkətlər qrupunun tərkibində müxtəlif istiqamətlərdə bir neçə şirkət fəaliyyət göstərir.
İş barədə məlumat - Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar və hesabatların göndərilməsi
- E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar,
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
- e-gov portalı ilə işləmək
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi

Nahar şirkət tərəfində təmin olunur;
İş yeri : Bakı şəhəri, Ulduz metrosu yaxınlığında;
Əmək haqqı namizədin qabiliyyəti əsasında müəyyən olunacaq və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz;
Tələblər - Maliyyə və mühasıbatlıq üzrə ali təhsil
- Kompüter bilikləri: Ofis proqramları
- İRP sistemini bilmək
- Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
- e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
- Məsuliyyətli və diqqətli olmaq;
- Komandada işləmə bacarığı;
- Azərbaycan dilinin qrammatika və leksika biliyi və düzgün tətbiq bacarıqları;
- İngilis və ya Rus dili biliyi olan namizədlərə üstünlük verilir;
- Yaş: 22-30;
Sair məlumat Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı - hr.inci@inci.az emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı mütləq yazılmalıdır.

Mənbə: https://www.jobsearch.az/

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!