Mühasib

Şirkətin adı: Espresso Club Azerbaijan
Vakansiya Mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı: 800 AZN
Son tarix : 2019-10-01
Telefon
E-poçt: hr@imic.az
Şirkət barədə məlumat
İş barədə məlumat - Şirkətin vergi və mühasibat uçotunun aparılması;
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi, debitor və kreditor hesablaşmalarının aparılması;
- Mal-materialların uçotunun aparılması;
- İşçilərin əmək haqqlarının hesablanması;
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
- Aylıq maliyyə hesabatlarının hazırlanması;
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyati orqanlara təqdim edilməsi;
- Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək.
- İş qrafiki: 10:00-20:00, həftənin bazar ertəsi – şənbə
- İstirahət günü: bazar günləri
- İşçi ilə şirkət arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir
Tələblər - Ali təhsil (maliyyə və yaxud mühasibatlıq üzrə)
- MS Office proqramları üzrə biliklər, BTP, EFP proqramları ilə işləmə bacarığı;
- İnternet Banking vasitəsilə online ödənişləri həyata keçirmə bacarığı;
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi
- İşgüzar, məsuliyyətli, ünsiyətçil olmalı
- Fərdi və komandada işləmək bacarığı
Sair məlumat Zəhmət olmasa CV-lərinizi hr@imic.az emailinə göndərin.

Mənbə: https://www.jobsearch.az/

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!