Mühasib

Şirkətin adı: Atena MMC
Vakansiya Mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı: 600 - 900 AZN
Son tarix : 2019-09-30
Telefon
E-poçt: cv@atena.az
Şirkət barədə məlumat 11.05.2011-ci il tarixində fəaliyyətə başlayan ATENA MMC sahib olduğu süd texnologiyası və iş metodu ilə sadəcə Azərbaycanda deyil, dünyada sayılıb-seçilən bir süd toplama ferması və istehsal müəssisəsidir. Bütün süd məhsullarının qida dəyərlərini mühafizə etmək üçün, sahib olduğu texnologiya vasitəsi ilə istehsalın hər nöqtəsində ona nəzarət edir.

ATENA zavodunun gün ərzində 400 ton çiy südün istehsalını avtomatik avadanlıqlar vasitəsilə həyata keçirmək potensialı var. 12.000 m2-i qapalı olmaqla ümumilikdə 240.000m2 ərazini əhatə edir.

ATENA süd və süd məhsulları bazarına ilkin olaraq 32 növ məhsulla daxil olub, bu gün isə artıq 50 növ fərqli məhsulla müştərilərinə xidmət etməkdədir.

ATENA istehsal etdiyi süd məhsullarının sağıldığı nöqtədən satıldığı nöqtəyə 24 saat ərzində çatdırılmasına zəmanət verir. Bunun sayəsində ATENA markalı məhsullar (süd, qatıq, ayran, pendir) əminliklə, heç bir qatqı maddəsindən istifadə edilmədən, təbii (qatqısız) və təravətdən gələn ləzzəti ilk sağıldığı andakı kimi özündə saxlayır.

ATENA özü inkişaf etməklə yanaşı müəssisədə çalışan işçilərin, müştərilərin, fermerlərin, təchizatçıların və istehlakçıların inkişafını da nəzərdə tutur.
İş barədə məlumat •Mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı
əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
•Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaları yazmaq, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib etmək, debitor və kreditor hesablaşmalarını aparmaq
•Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyati orqanlara təqdim etmək
•Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra edə bilməsi;
Tələblər Yaş: 21-30
Dil biliyi: Rus dili (ingilis dili arzuolunandır)
Təhsil: Ali təhsil (bank işi, maliyyə, mühasibat uçotu)
Təcrübə: Satış və istehsal sahəsində ən azı 3 il mühasib olaraq iş təcrübəsi
Komputer bilikləri: Excel, e-gov,e-taxes və digər portallardan sərbəst istifadə etmək bacarığı
Analitik düşüncə, təhlil etmək bacarığı, yaxşı səviyyədə riyazi hesablamalar aparmaq vərdişi, məsuliyyətlilik, etibarlılıq, operativlik və dəqiqlik xüsusiyyətlərə sahib olmalı
Vergi və Əmək Qanunvericiliyi haqqında məlumatlı olmalı
F3, F7 sertifikatları, DipİFR sahib olmaq arzuolunandır
Sair məlumat İş yeri: Bakı şəhəri, Ə.Rəcəbli 25 D
İş şərtləri: Şirkət tərəfindən nahar və koprorativ xətt ilə təmin edilir.
İş qrafiki: İ-V günlər 09:00-18:00 dək


Maraqlanan namizədlərdən mövzu başlığına vakansiya adını qeyd edərək cv@atena.az ünvanına göndərməkləri xahiş olunur.
Qeyd: Yanlız seçilmiş namizədlər 2-ci mərhələ üçün müsahibəyə dəvət edilir.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!