Maliyyə direktoru

Şirkətin adı: Hotel
Vakansiya Maliyyə direktoru
İş yeri (Şəhər): Bakı
Əmək haqqı:
Son tarix : 2019-10-11
Telefon
E-poçt: hotel.baku.hr@gmail.com
Şirkət barədə məlumat
İş barədə məlumat • Maliyyə menecerin tabeçiliyində olan strukturlara ümumi rəhbərliyi həyata keçirir, işlərini əlaqələndirir, fəaliyyətlərinə nəzarət edir və səmərəli təşkil olunmasına görə məsulliyyət daşıyır;
• Мaliyyə aktivlərinin idarə olunması, büdcənin planlaşdırılması və icrası, audit, mehasibatlıq və idarəetmə hesabatları, daşınmaz əmlakın idarə olunması, əmək və maliyyə resurslarından qənaətli istifadə olunması və sığorta kimi fəaliyyət istiqamətlərinə nəzarət edir;
• Şirkəti investorlar, maliyyə-kredit təşkilatları və maliyyə məsləkçiləri ilə əməkdaşlıq etməsinə hazırlayır və onlar qarşısında Şirkətin maraqlarını təmsil edir.
• Şirkətin inkişaf strategiyasına uyğun illik maliyyə planlarını tərtib edir, faktiki və plan tutuşdurulması əsasında onun icrasına nəzarət edir;
• Şirkətin təsərrüfat fəaliyyətini iqtisadi təşkil edir, aparılan əməliyyatlar üzrə efektivliyin strateji və cari analizini həyata keçirir və məsrəflərin minimallaşdırılması məqsədilə onları idarə edir;
• Şirkətin cari öhdəliklərini yerinə yetirmək məqsədilə pul vəsaitlərinin ehtiyatını təmin edir və ehtiyatların həyata keçirir;
• Tabeçiliyində olan kadrların qəbulunda iştirak edir, onların öyrədilması və peşakar yerləşdirilməsi proqramlarını koordinasiya edir;
• Şirkətin maliyyə hesabatların BMUS (İFRS) uyğun hazırlayıb rəhbərliyə və o cümlədən lazımi tələb olunan yerlərə təqdim edir. Müstəqil audit üçün bütün lazım olan məlumatları keyfiyyətli və vaxtında hazırlamaq;
• Maliyyə sistemini daim yeniləmək və yeniliklrə uyğunlaşdırmaq;
• Aylıq və gündəlik daxili hesabatların hazırlanması;
• Portfelin analizin aparılması;
• Daxili maliyyə auditinin aparılması;
• Yeni proqram təminatlarının implementasiyası;
• Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsi;
• İş əsnasında yarana biləcək rəhbərlik tərəfindən verilmiş digər tapşırıqlar;
• Müstəqil auditorlara işi əlaqələndirilməsi və audit hesabatın hazırlanmasınn koordinasiya etmək;
• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin düzünə qurulmasına və Maliyyə departamentinin işinə görə Şirkətin rəhbərliyi qarşısında şəxsən məsuliyyət daşıyır.
• İş vaxtı: həftədə 6 dəfə, 09:00-dan 18:00-dək;
• Əmək haqqı: Müsahibə zamanı təyin olunur
Tələblər • Təhsil-Ali;
• Vergi qanunvericiliyi üzrə bilik və təcrübəyə malik olmaq;
• 1C Proqramını, Elektra, Microsoft Office proqramlarını əla səviyyədə bilmək;
• Həmin sahə üzrə ən azı 5 il iş təcrübəsi;
• Qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı;
Sair məlumat Maraqlanan namizədlər mövzu yerində “Maliyyə direktoru” yazmaqla öz CV-lərini hotel.baku.hr@gmail.com ünvanına göndərə bilərlər.

Mənbə: https://www.jobsearch.az/

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!