Mühasib

Şirkətin adı: MediCenter
Vakansiya Mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı: 600-800 AZN
Son tarix : 2019-10-25
Telefon
E-poçt: hr@medicenter.az
Şirkət barədə məlumat
İş barədə məlumat • Həyata keçirilən maliyyə-təsərrüfat əməliyyatlarının Azərbaycan Respublikasının maliyyə və digər qanunvericiliyinə uyğunluğunu təmin edir;
• Maliyyə hesabatlarını kommersiya təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib edir;
• Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu və təşkilatın ehtiyatlarına qənaətcil istifadəsinə nəzarəti və onun mülkiyyətinin qorunmasını təmin edir
• Cəmiyyətin gəlir və xərclərinin uçotu, xərclər smetasının icrası, istehsalın realizasiyası, işlərin (xidmətlərin) icrası, təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin uçotunu həyata keçirir
• İlkin sənədlər və mühasibat qeydləri əsasında Müəssisənin düzgün hesabatını tərtib edir, onun müəyyən olunmuş müddətdə hesabat istifadəçilərinə təqdimatını təmin edir;
• Cəmiyyətin ilkin və mühasibat sənədlərinin, hesablaşma və ödəmə öhdəliklərinin hazırlanması qaydalarını təmin edir
• Pul vəsaitlərinin, mal-material sərvətlərinin, əsas fondların, hesablaşma və ödəmə öhdəliklərinin inventarlaşdırılmasında müəyyən olunmuş qaydalara və qanunvericiliyin tələblərinə əməl olunmasını təmin edir.
Tələblər • Ali təhsil;
• Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
• Vergi və əmək məcəlləsi üzrə biliklər,
• Excel ; 1C proqramları ilə işləmək bacarığı
• Mal-material, əsas vəsait, əmək haqqı uçotunu, bank-kassa əməliyyatlarını aparmaq bacarığı;
• Elektron vergi əməliyyatlarını (EQF, EHF, bəyannamə) icra etmək bacarığı
• Detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemləri müstəqil həll edə bilmək bacarığı
Sair məlumat Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını hr@medicenter.az e-mail ünvanına 30.09.2019 cü il tarixinə qədər mövzu yerində “Mühasib” qeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.

Mənbə: https://www.jobsearch.az/

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!