Mühasib

Şirkətin adı: Azertelecom LLC
Vakansiya Mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı:
Son tarix : 2019-11-19
Telefon
E-poçt: hr@azertelecom.az
Şirkət barədə məlumat
İş barədə məlumat • Gəlirlər, kreditorlar, bank və digər mühasibat kitabları üzrə uçot aparmaq
• Ehtiyac olduqda planlaşdırırlmamış layihələrə və rəhbərlik tərəfindən verilən digər tapşırıqlara dəstək göstərmək
• Korporativ möhlətlərə uyğun mühasibat qrupuna mühasibat ayının bağlanmasında dəstək göstərmək
• Ayrılmış xərclər üçün ümumi mühasibat işlərinə, o cümlədən debitor borcları, kreditor borcları, səyahət xərcləri, bank əməliyyatları daxilində dəstək göstərmək
• Aylıq balans hesabatlarının yenidən təsnifləşdirilməsinin korporativ meyarlara uyğun olmasını təmin etmək
• Funksiya üzrə əsas meyarları və vəzifələri anlayıb müvafiq yerlərdə işlərin optimallaşdırılmasında və sadələşdirilməsində fəal iştirak etmək
• Müştərilərlə əməkdaşlıq etmək
• Bütün təyin edilmiş qarşılıqlı uzlaşmaların dəqiq hazırlanmasını, nəzərdən keçirilməsini və korporativ meyarlara uyğun təqdim olunmasını təmin etmək
• Lazımi hallarda daxili və xarici auditor sorğularını cavablandırmaq
• Rüblük balans hesabatına kömək etmək və zərurət yarandıqda uyğunsuzluqların təhlilini hazırlamaq
• Mühasibat qrupuna mühasibat / maliyyə işlərinin tamamlanmasında kömək etmək
• Maliyyə / mühasibat işi ilə əlaqədar şirkətin digər tələblərini yerinə yetirmək
Tələblər • Maliyyə/Mühasibat və ya müvafiq ali təhsil
• Azərbaycan və İngilis dili (səlis) biliyi (Rus dili biliyi üstünlük hesab olunur)
• Yerli və beynəlxalq mühasibat standartları üzrə minimum 2 il iş təcrübəsi
• CIMA/ACCA kvalifikasiyası üzrə təhsil və sertifikatlar üstünlük hesab olunur

Tələb olunan yetkinliklər:

• Müxtəlif layihələri idarəetmə bacarığı
• Ünsiyyət qurma bacarığı
• MS Office (mükəmməl Excel biliyi), Oracle, 1C proqramlarını bilmək
• Prosesləri analiz etmə və optimallaşdırma bacarığı
Sair məlumat Namizəd tərəfindən müraciət (CV) hr@azertelecom.az elektron ünvanına göndərilməlidir.
Başlıqda Mühasib qeyd olunmayan və son müraciət tarixindən sonra daxil olan müraciətlər qəbul olunmayacaq.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Mənbə: https://www.jobsearch.az/

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!