Mühasib

Şirkətin adı: FF Group
Vakansiya Mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı:
Son tarix : 2019-11-26
Telefon
E-poçt: cv@ffgroup.az
Şirkət barədə məlumat
İş barədə məlumat  Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
 Vergi və mühasibat uçotunun aparılması;
 E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
 Debitor və kreditor hesablaşmaların aparılması;
 Əmək haqqı hesablanması;
 Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
 Mal-materialların uçotunun aparılması;
 İdxal olunan malların maya dəyərinin hesablanması;
 Aylıq hesabatlarınin tərtib edilməsi;
 Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
 Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
 Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
 AR əmək məcəlləsinə əsasən işçilərin sənədləşməsinin aparılması;
Tələblər  Ali Təhsilli
 Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi;
 1C-in 8.3 versiyasında yüksək işləmə bacarığı
 Sərbəst qərar qəbul etmə və analitik bacarıqlar;
 Microsoft office proqramlarından istifadə bacarığı.
Sair məlumat Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Mühasib” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) cv@ffgroup.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Mənbə: https://www.jobsearch.az/

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!