Maliyyə Departamentinin Mütəxəssisi

Şirkətin adı: Smart Audit
Vakansiya Maliyyə Departamentinin Mütəxəssisi
İş yeri (Şəhər): Bakı
Əmək haqqı: 700 AZN
Son tarix : 2019-12-02
Telefon
E-poçt: turana.asadova@smartaudit.az
Şirkət barədə məlumat
İş barədə məlumat • Vergi və mühasibat uçotunun aparılması;
• Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
• Aylıq olaraq daxili maliyyə hesabatlarının hazırlanması;
• İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin kalkulyasiyası;
• Dövlət orqanlarına, banklara məktubların yazılması;
• Müştərilərin Maliyyə Vəziyyəti haqqında, Mənfəət və Zərər haqqında, Pul Vəsaitlərinin Hərəkəti, Kapitalda Dəyişikliklər haqqında hesabatlarının hazırlanması;
• Debitor və kreditorlar barədə mütəmadi olaraq hesabatların hazırlanması;
• Hazırlanmış vergi bəyənnamələrinin (ƏDV, sadələşdirilmiş vergi, MÖMV, mənfəət vergisi, gəlir vergisi, əmlak vergisi, torpaq vergisi) yoxlanılması və göndərilməsi;
• Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s. uçotunun aparılması;
• Mal-materialların uçotunun aparılması;
• E-taxes.gov.az saytında elektron poçt qutusuna daxil olan məktubların cavablandırılması;
• Ona verilən müvafiq tapşırıqların yerinə yetirilməsi.
• İş yeri : Cəfər Cabbarlı 609, Globus Center 12-ci mərtəbə;
• İş günləri - həftədə 5 gün, 09:00-dan 18:00-dək;
Tələblər • Ali təhsil (Mühasibat uçotu və audit, maliyyə sahəsində təhsil);
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsinin olması mütləqdir;
• ACCA F3 sertifikatının olması zəruridir;
• 1C 7.7, 8.3 üzrə biliklər olmalıdır;
• Vergi Məcəlləsi üzrə yüksək səviyyədə biliklər;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
• Gündəlik deadline-lara ciddi riayət;
• Komandada işləmək bacarığı;
• Peşəkar inkişafa meyllilik;
• Riyazi biliklər və analitik düşüncə qabiliyyəti;
• Azərbaycan, ingilis və rus dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı.
Sair məlumat Göstərilən vəzifə üzrə maraqlanan namizədlərdən mövzu hissəsində “Maliyyə Departamentinin Mütəxəssisi” yazmaqla bu elektron poçt ünvanına CV göndərmələri xahiş olunur: turana.asadova@smartaudit.az

Mənbə: https://www.jobsearch.az/

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!