Aparıcı mühasib

Şirkətin adı: Azertexnolayn LLC
Vakansiya Aparıcı mühasib
İş yeri (Şəhər): Sumqayıt
Əmək haqqı:
Son tarix : 2019-12-07
Telefon
E-poçt: terlan.qurbanov@azertexnolayn.com
Şirkət barədə məlumat "Azertexnolayn” MMC-nin Polad Boru Zavoduna “Aparıcı mühasib” vakansiyası üzrə əməkdaş axtarırıq.
İş barədə məlumat - Məhsulun maya dəyərinin hesablanması;
- Əsas vəsaitlərin uçotunun aparılması;
- İdxal-ixrac əməliyyatlarının aparılması, yük gömrük bəyannamələrinin işlənməsi;
- Ödəmə mənbəyindən vergi hesablanması və tutulmasını tələb edən əməliyyatların işlənməsi;
- Bank əməliyyatlarının aparılması;
- Şirkətlərlə üzləşmələrin aparılması, təhtəlhesabların yoxlanılması;
- Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesabında əks etdirilməsi;
- İnventarizasiyasının aparılmasında iştirak edilməsi;
- Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatların (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, -məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlər və s. hesabı) yerinə yetirilməsi.
Tələblər İş təcrübəsi: İstehsalat sferasında minimum 3 il
Təhsili/ixtisası: Ali iqtisadi təhsil
Təlim və kurslar: Mühasibatlıq və maliyyə təlimlərinə qatılması əlavə üstünlükdür
Bacarıqlar: MS office (excell yüksək səviyyədə), Logo proqramını bilməsi əlavə üstünlükdür
Dil bilikləri: Rus və ingilis dilini bilməsi üstünlükdür
Fərdi keyfiyyətlər: Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə)
Sair məlumat İş şərtləri:

Struktur: Polad Boru Zavodu / Maliyyə şöbəsi
İş rejimi: 09:00 – 18:00, şənbə günü 09:00-13:00
İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1

Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.

Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini "Aparıcı muhasib" başlığı altında terlan.qurbanov@azertexnolayn.com ünvanına göndərmələri xahiş olunur

Mənbə: www.jobsearch.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!