Vergi mühasibi

Şirkətin adı: "AzInTelecom" MMC
Vakansiya Vergi mühasibi
İş yeri (Şəhər): Bakı
Əmək haqqı:
Son tarix : 2020-03-31
Telefon
E-poçt: hr-department@azintelecom.az
Şirkət barədə məlumat Şirkət haqqında: Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim etməyi özünə hədəf seçən “AzInTelecom” MMC şirkəti 2015-ci ilin iyun ayından Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərir. AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və ISO 20000, ISO 27001 və Uptime Institute tərəfindən TIER III sertifikatları ilə təltif olunan 24/7 rejimində texniki dəstək göstərən yeni yaradılmış "AZCLOUD" bulud xidmətlərindən ibarətdir.
İş barədə məlumat Şöbə: Maliyyə departamenti/Mühasibatlıq şöbəsi
Vəzifə öhdəlikləri:
• Vergi uçotunu Uçot siyasəti və Vegi Qanunvericiliyinə əsasən aparmaq;
• Vergi ödənişlərinə nəzarət etmək;
• Vergi bəyannamələrini hazırlamaq (ƏDV, ÖMV, Muzdlu, Mənfəət və digər tələb olunan);
• Uçotu daxili şöbələrlə əlaqəli qurmaq;
• Vergi risklərini hesablamaq və rəhbərliyə vaxtında məlumat vermək;
• Birbaşa rəhbərin tapşırığı əsasında digər əlaqəli işlər.
Tələblər Tələb olunan bilik və bacarıqlar:
• Biznes detallarını anlama və analitik düşünmə bacarığı;
• Excel proqramında sərbəst işləmə bacarığı;
• Stressə davamlılıq;
• Dəyərlərə bağlılıq və loyallıq prinsipləri
• Komandada işləmə bacarığı;
• Tapşırıqları vaxtında və düzgün yerinə yetirmə bacarığı;
• Konfidensiallıq
Təhsil:
• Ali (iqtisad və ya maliyyə sahəsində)
Dil bilikləri: Azərbaycan və rus dili (sərbəst), ingilis dili (arzuolunan)
İş təcrübəsi: Vergi sahəsində 2 ilədək təcrübə
Xüsusi tələblər:
• Vergi Məcəlləsi üzrə mükəmməl biliklər;
• ACCA F3;
• BİG4 şirkətlərinin vergi departamentində təcrübəsi olanlara üstünlük veriləcək;
İş qrafiki: 09:00-18:00; (Bazar ertəsi – Cümə)
Sair məlumat CV-lərinizin mövzu sətrində vakansiyanın adını qeyd edərək, hr-department@azintelecom.az elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!