Maliyyə Hesabatları üzrə mütəxəssis

Şirkətin adı: PASHA Sığorta
Vakansiya Maliyyə Hesabatları üzrə mütəxəssis
İş yeri (Şəhər): Bakı
Əmək haqqı:
Son tarix : 2020-04-12
Telefon
E-poçt: recruitment@pasha-insurance.az
Şirkət barədə məlumat
İş barədə məlumat • Aylıq əsasda büdcənin icrasına nəzarət və bu istiqamətdə müqayisə və təhlillərinin aparılmasında və müvafiq təqdimatın hazırlanmasında bilavasitə iştirak etmək;
• Aylıq korporativ hesabatların (“Rəhbərliyə Hesabat”) və Şirkətin Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (“MHBS”) üzrə yarım-illik və illik maliyyə hesabatlarının hazırlanmasında bilavasitə iştirak etmək;
• Hesabat prosedurlarını daxili nəzarət tələblərinə və beynəlxalq maliyyə hesabatı standartlarına cavab verən şəkildə icra etmək;
• Daxili hesabat sisteminin inkişaf prosesinə tövhə verir və bu prosesin davamlı təkmilləşdirilməsinə dəstək olmaq.
• Fəaliyyət istiqamətləri üzrə proqram təminatlarının işlənilməsində və müvafiq proseslərin avtomatlaşdırılmasında bilavasitə iştirak etmək;
• Sığorta portfeli üzrə maliyyə vəziyyətinin təhlilində iştirak etmək;
• Kənar auditorların məlumat təminatında iştirak etmək;
• Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqlar (maliyyə təhlilləri, müxtəlif məlumatların toplanılması və s.).
Tələblər • Ali təhsil. İxtisas - Maliyyə, Mühasibat və s.
• İstiqamət üzrə 2 ildən çox təcrübə.
• Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı, işgüzar ingilis dili biliyininn olmas.
• MS Office ilə qabaqcıl istifadə bacarıqları.
• Ümumi qəbul olunmuş mühasibat prinsipləri və qaydaları, beynəlxalq maliyyə menecmenti və iqtisadi prinsiplər üzrə nəzəri biliklər
• Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti
• Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq.
• Stresə davamlı, komandada işləmək bacarığı, təqdimat bacarığı, MHBS haqqında biliklər.
• Böyük dördlüyə (Big Four) aid olan audit şirkətlərində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Sair məlumat Xahiş edirik vəzifəni “subject” sətrində qeyd edin və CV-nizi recruitment@pasha-insurance.az elektron ünvanına göndərin.

PAŞA Sığorta şirkətində karyera imkanları ilə maraqlandığınız üçün təşəkkürlər!

Mənbə: https://www.jobsearch.az/

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!