Maliyyə Departament Müdiri

Şirkətin adı: Azersun Holding
Vakansiya Maliyyə Departament Müdiri
İş yeri (Şəhər): Bakı
Əmək haqqı:
Son tarix : 2020-04-19
Telefon
E-poçt: cv@azersun.com
Şirkət barədə məlumat
İş barədə məlumat • Vergi, statistika və DSMF hesabatların hazırlanması;
• Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
• Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
• Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
• Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.

Çalışma qrafiki: Həftəiçi 5 gün, saat 09:00-18:00.

Çalışma yeri: Bakı şəh.
Tələblər • Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
• Baş mühasib kimi ən azı 5 il iş təcrübəsi;
• Beynəlxalq mühasibatlıqla bağlı olan ACCA F3, F7, F9 sertifikatlarının olması vacibdir;
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
• MS Office, BTP, EVHF, B1, B3 hesabatları mükəmməl səviyyədə bilməli;
• SAP ERP proqramının FI və CO modulları ilə yüksək səviyyədə çalışa bilməli;
• Dil bilikləri: ingilis dili - əla, rus dili – orta.
Sair məlumat Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@azersun.com elektron ünvanına (“Maliyyə Departament Müdiri” başlığı ilə) göndərə və ya www.azersunhr.com portalında vakansiyaya müraciət edə bilərlər.



Mənbə: https://www.jobsearch.az/

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!