İnsan Resursları üzrə mütəxəssis

Şirkətin adı: Optimal Electronics LLC
Vakansiya İnsan Resursları üzrə mütəxəssis
İş yeri (Şəhər):
Əmək haqqı:
Son tarix : 2020-06-04
Telefon
E-poçt: recruitment@optimal.az
Şirkət barədə məlumat "Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Sony, LG, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN” multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir. Mağaza İtaliya, Ukrayna, Moldova, Yunanıstan və digər ölkələrin brend geyimlərinin Azərbaycanda satışı ilə məşğuldur. Şirkətimiz ingiltərənin M&CO brendinin Azərbaycanda və Qafqazda yeganə frençayzinq partnyorudur. M&Co mağazası Optimalın Nizami (Tarqovıy) filialının ikinci mərtəbəsində yerləşir. Əlavə məlumat üçün www.mandco.az və www.optimal.az linkinə tıklaya bilərsiniz.

"Optimal Elektronika" MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Niyə məhz Optimal?

- Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
- Pozitivlik bizim ən böyük uğurumuzdur!
- Kreativ ideyaları yaradırıq!
- İstedadlı gənclərə yol açırıq

Vakansiya: İnsan Resursları üzrə mütəxəssis
İş barədə məlumat 1. Kadr, ezamiyyət, məzuniyyət, inzibati əmr və göstərişlərin, arayışların, xasiyyətnamə və sair kadr sənədlərinin hazırlanması, imzaya təqdim edilməsi və sənədlərin vaxtında müvafiq struktur bölmələrinə təqdim edilməsi, o cümlədən mağazalara göndərilməsi;
2. Kadr sənədlərinin qovluqlara yığılması;
3. Əmək kitabçalarının yazılması (işə qəbul və işdən azad qeydlərinin aparılması);
4. Əmək müqavilələrinin, əlavə razılaşmaların, vəzifə təlimatlarının hazırlanması və mağazalara göndərilməsi və imzalanmasına nəzarət edilməsi;
5. Kadr, ezamiyyət, məzuniyyət əmrlərini Elektron Hökumət portalı və 1 C (SAP)məlumat bazasına daxil edilməsi;
6. Əmək haqqı kartlarının sifarişi üçün işə qəbul edilən işlərdən müvafiq formaların doldurularaq aidiyyatı banka təqdim edilməsi və əmək haqqı kartlarının işçilərə paylanılması;
7. Kadr, ezamiyyət, məzuniyyət, inzibati əmrlərin müvafiq jurnallara qeydiyyatını aparır.
8. Əmək müqavilələrinin müvafiq jurnallarda qeydiyyatını aparılması;
9. Əmək kitabçalarının müvafiq jurnallarda qeydiyyatını aparmaq;
10. Filiallardan gələn məzuniyyət və icazə ərizələrini qəbul edir və nəzarət edir.
11. Sosial sığorta kartları üçün müvafiq qurumlara gedən sənədləri hazırlayır və həmin qurumlara təqdim etmək; Sosial sığorta kartlarının sifarişinə nəzarət etmək və sifariş olunan Sosial sığorta kartlarını əməkdaşlara etmək;
12. Aylıq tabelləri hazırlamaq;
13. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı şirkətin əməkdaşlıq etdiyi sığorta şirkətinə vaxtında məlumatın təqdim etmək;
14. Xəstəlik vərəqələrinin doldurmaq və mühasibatlığa təqdim etmək;
Tələblər • Təhsil: Ali;
• Azərbaycan dilini səlis bilməli, rus və ingilis dillərini bilmək üstünlükdür.
• Kadr kargüzarlığı sahəsində minimum 1 il təcrübəsi olmalıdır;
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
Sair məlumat Biz Siz təklif edirik:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Karyera yüksəlişi imkanı;

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində qeyd edərək öz CV-lərinizi recruitment@optimal.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son tarix: 04.06.2020

Mənbə: www.jobsearch.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!