Mühasib

Şirkətin adı: Trawell Group LLC
Vakansiya Mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı: 600-800 AZN
Son tarix : 2023-12-15
Telefon +994517574875
E-poçt: careers@trawellgroup.com
Şirkət barədə məlumat Trawell Group gənc, dinamik komandası ilə bir neçə səyahət startapları üzərində işləyən, USA, Dubay və Niderlandda ofisləri olan beynəlxalq turizm şirkətidir. Qurumun Baş Ofisi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşir və 2015-ci ildən etibarən Bakı ofisi ilə birgə regional turizm startaplarının inkişafına çalışır. Üzərində işlədiyimiz əsas startaplara Pickvisa.com, Vizam.az, Postkarto, Seguro.az və digər məhsullar daxildir. Pickvisa.com və Vizam.az biri regional digəri isə lokal startap olaraq səyahətçilərin viza tələblərini onlayn şəkildə ödəməyə fokuslanmış viza startaplarıdır. Vizam.az 2015-ci ildə Bakı, Azərbaycanda, Pickvisa.com isə 2018-ci ildə Dubay, BƏƏ-də fəaliyyətə başlayıb. Postkarto IOS və Android platformaları üzərində mobil tədbiqetmə olaraq işləyən Artırılmış Reallıq startapıdır. Startap istifadəçiyə normal gözləntiləri aşmış və klassik postkart yanaşmasını bir kənara qoymuş artırılmış reallıqlı postkartlar təklif edir. Postkartların canlanması bu sferaya yeni nəfəs gətirməkdədir.
İş barədə məlumat Şirkətdə mühasibat uçotunun təşkili və aparılmasını təmin etmək;

Aylıq, rüblük və illik vergi (ÖMV, gəlir, mənfəət və s.), DSMF və Statistika hesabatlarının tərtib edilməsi və göndərilməsi;

E-Qaimə fakturalarının, VHF yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;

Mühasibat uçotunun AR Vergi Məcəlləsinin tələbləri üzrə idarə olunması və sənədləşmələrin dəqiq və vaxtında yerinə yetirilməsi;

Mühasibatlıqla bağlı rəsmi müqavilələrin hazırlanması.
Tələblər Təhsil və Təcrübə üzrə:

Təhsil: Maliyyə, Mühasibatlıq və əlaqəli sahə üzrə Ali təhsil;

İş Təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il professional iş təcrübəsi (Vergi Mühasibi kimi təcrübəsi olanlar, Maliyyə-Consulting və Xidmət sahəsi üzrə fəaliyyət göstərən şirkətlərdə təcrübəsi olanlara üstünlük veriləcəkdir);

Advanced Excel bilikləri mütləqdir (yüksək səviyyədə funksiya və formulalarla işləmə bacarığı);

ACCA-FA üzrə sertifikat mütləqdir (Digər ACCA və BM üzrə sertifikatlar üstünlükdür);

Rəsmi müqavilələrin hazırlanması üzrə təcrübə;
Praktiki İngilis dili;
Sair: Özünü inkişafa meyilli, təşəbbüskar, təcrübəsinə güvənən, punktual və nizam-intizamlı;

Multitasking bacarıqları; mühasibatlıqla bağlı fərqli və müxtəlif yönümlü proseslərdə əməliyyatları idarə etmə bacarığı;

Riyazi zəka, analiz etmə bacarığı və həll yönümlü olmaq;

Disiplin, məsuliyyətli və dəqiq olmaq, o cümlədən planlaşdırma və vaxtın düzgün idarə edilməsi bacarıqları;

Yaş həddi: 30 yaşa qədər
Sair məlumat

Mənbə:

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!