Baş mühasib |
Şirkətin adı: |
Məkan Grup |
Vakansiya |
Baş mühasib |
İş yeri (Şəhər): |
Bakı |
Əmək haqqı: |
2 300 AZN |
Son tarix : |
2024-07-28 |
Telefon |
|
E-poçt: |
nata.ibrahimova@mekangrup.com |
Şirkət barədə məlumat |
Yeni açılacaq Restoranın back ofisinə maliyyə -mühasibatlıq işlərinin icrası üçün Baş Mühasib axtarılır |
İş barədə məlumat |
• lkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
• Vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatlarını (ƏDV, ÖMV, əmlak, statistik hesabat, mənfəət vergisi və s. hesabatı) təqdim etmək;
• Müqavilələrin redaktə edilməsi və düzəldlməsi, aktların, hesab fakturaların, protokolların və digər növ mühasibat sənədlərini tərtib etmək;
• Balans hesabatının aparılmasını təmin etmək;
• Şirkətin bank hesabları (xəzinə) üzrə aparılan maliyyə və hesablama əməliyyatların operativ uçotunun aparılmasını təmin etmək;
• Debitor-kreditor borcların təhlili,hesablaşmalar və vaxtı-vaxtında üzləşmələrin aparılması;
• Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət edilməsi, onların mühasibat standartalarına uyğun uçotunun təmin edilməsi;
• Xərclərin günlük uçotunun aparılması və proqrama işlənməsi, aylıq xərclər üzrə hesabatın təqdim olunması;
• Sayımların yerli yerində olması - Restoranın barı və digər yerlərinin sayımının düzgün icrasına nəzarət etmək ;
• Şirkətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar (kreditorlar) barədə məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək; |
Tələblər |
• Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadi təhsil sahələrdə bakalavr dərəcəsi);
• İş təcrübəsi: Müvafiq sahə üzrə (İctimai iaşə müəssisələrində xüsusilə Restoran)
5 ildən az olmayaraq iş stajı ;
• Yaş həddi : 35-50
• Dil bilikləri: Azərbaycan və türk dillərində mükəmməl danışıq,ingilis və rus diliyi biliyi olanlara üstünlük veriləcəkdir ;
• Kompüter bacarıqları: MS Office proqramlarını (yüksək səiyyədə EXCEL bilikləri) və 1C proqramını yüksək səviyyədə bilməli;
• Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər ;
• Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi ;
• Balansın çıxarılması üzrə biliklərə sahib olmalı ;
• Dövlət hesabatların tərtib olunması ; |
Sair məlumat |
İş rejimi:
• Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə;
• Həftə içi 5 gün (Bazar ertəsi-cümə) ;
• Saat : 09:00-dan -18:00-dək ;
• Nahar vaxtı 12:30-13:30 ;
• Ünvan :Bakı şəhəri,Bakı Dəniz Vağzalının inzibati binası ;
• Əmək haqqı : 2300 Azn
Vakansiya üçün müraciət etmək istəyən uyğun namizədlər öz CV formasını yelken.baku@gmail.com və ya nata.ibrahimova@mekangrup.com elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “ Baş Mühasib” sözləri qeyd edilməlidir).
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılıb müsahibə mərhələsinə dəvət olunacaq .
Mənbə:
|