İdxalçılara tətbiq olunan cərimələr hansı formada xərclərə daxil edilir?

2019-08-28 | Vergilər | 3588

Son günlərdə xaricdən mal idxal edən müəssisələrin cərimələnməsi halları artıb. Maliyyə Bazarlarına Nəzarət Palatası xaricə ödənilən vəsaitlərin müqabilində alınan malların gecikməsini aşkarladıqda, qanunvericiliyə əsasən, onlara qarşı cərimələr tətbiq edir. Bu səbəbdən, iş adamlarında həmin cərimə məbləğlərinin hesablanması ilə bağlı belə bir sual yaranır: müəssisə istehsal ehtiyacları üçün ölkə xaricindən aldığı malların yüklənməsi, daşınması və rəsmiləşdirməsi zamanı (gecikməyə, yanıcıya və gözləməyə görə) yaranan cərimələri anbara mədaxil olunacaq həmin malların maya dəyərinə aid edə bilərmi, yoxsa həmin xərclər ayrıca inzibati xərc kimi tanınmalıdır?

Mövzu ilə bağlı Vergilər Nazirliyinin açıqlamasında bildirilib ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq, idxal edilən malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir.

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən, 10-cu fəsilə uyğun olaraq, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin Məcəllənin 119.1.2-ci maddəsi ilə gəlirin əldə edilməsi ilə şərtləndirilərək mülki hüquq müqavilələri üzrə faizlər, dəbbə pulu (cərimə), icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi və digər analoji cərimələrin gəlirdən çıxılmasına məhdudiyyət qoyulmayıb.

Qeyd olunanlara əsasən, vergi ödəyicisi tərəfindən ödənilən cərimələr malın maya dəyərinə daxil olunmadan birbaşa gəlirdən çıxılan xərclərə aid edilir. Vergi Məcəlləsinin 162.2-ci maddəsinə əsasən, Məcəllənin 171.2-ci maddəsinə uyğun olaraq idxalın bir hissəsi kimi sayılan xidmət göstərildikdə, onun ƏDV nəzərə alınmadan dəyəri bu Məcəllənin 162.1-ci maddəsində göstərilən dəyərə əlavə edilir.

Mənbə: https://vergiler.az/news/taxes/3802.html

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!