Dəymiş zərərə görə kompensasiyanın hesablanması
2019-10-04 | Kadr işi | 2920Vergi Məcəlləsinin 102-ci maddəsi gəlir vergisindən azadolmalara və güzəştlərə həsr olunub. Məcəllənin 102.1.10-cu bəndində göstərilib ki, dəymiş zərərlərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri vergidən azad edilən gəlirlər siyahısındadır. "Sosial sığorta haqqında" Qanunun 15-ci maddəsinə əsasən, əmək xəsarəti və ya sağlamlığın başqa cür pozulması nəticəsində işçilərə dəymiş zərərin əvəzində ödəmələr verilməlidir. Bəs burada hansı ödəmələrdən söhbət gedir? Həmin ödəmələrin məbləğini hansı dövlət orqanı müəyyən edir?
Vergilər Nazirliyinin bu məsələ ilə bağlı şərhində bildirilib ki, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənişlərin verilməsi qaydaları, şərtləri və məbləği "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənişlərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilib.
Qeyd: Əmək Məcəlləsinin 239-cu maddəsi, Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı əsas götürülür.

Kadr işi bölümünün son xəbərləri |