Azərbaycanda əməkhaqqı rejimi dəyişir

2025-10-10 | Kadr işi | 181

“Azərbaycanda saatlıq əməkhaqqı rejiminə keçid istisna deyil”.

FED.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, saatlıq minimum əməkhaqqı praktikası bir sıra ölkələrdə tətbiq olunur:

“Nəzərə alsaq ki Azərbaycanda bununla bağlı xeyli vaxtdır müzakirələr gedir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də bu praktikanın araşdırılması və tətbiqi imkanlarının müzakirə olunduğu bildirilmişdi. Saatlıq minimum əməkhaqqının tətbiq edilməsi vətəndaşlarımız üçün bir neçə yerdə işləmək baxımdan vacibdir. Bu vətəndaşlarımızın bir neçə yerdə çalışmasına və daha yüksək əməkhaqqı almasına gətirib çıxara bilər. Çünki nəticə etibarı ilə saatlıq minimum əməkhaqqını tətbiq edən başqa ölkələrin praktikası göstərir ki, bu, işləyən vətəndaşların əməkhaqqlarının artmasına təsir göstərir. Xüsusən də əmək müqaviləsi ilə çalışan vətəndaşların əməkhaqqlarına təsir göstərir”.

Deputat deyir ki, bu həm də həftəsonu və işdən sonra, bayram günü işləyən vətəndaşların daha yüksək tarifli gəlir qazanmasına gətirib çıxaracaq.

“Eyni zamanda işçilərin sosial hüquqlarının qorunması baxımından vacibdir. Nəticə etibarı ilə bu artıq hər saata görə əməkhaqqı ödənilməsi anlamına gəlir. Ona görə də, oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi mexanizmi uyğun olar. Bu istiqamətdə müzakirələrin və təhlillərin aparılması ondan xəbər verir ki, Azərbaycanda da saatlıq iş rejiminə keçilməsi istisna deyil”.

Mənbə: https://fed.az/az/sosial/azerbaycanda-emekhaqqi-rejimi-deyisir-242404

Kadr işi bölümünün son xəbərləri

2025-10-10 | Məsafədən iş və saatlıq əməkhaqqına dair qanun layihələrinin hökumətə təqdim edilməsinə başlanıb
2025-10-10 | Azərbaycanda əməkhaqqı rejimi dəyişir
2025-10-09 | Kənd təsərrüfatında mövsümi çalışanlara gündəlik nağd ödənişin yuxarı həddi artırılır
2025-10-09 | Vətəndaşlar əmək müqavilələrini artıq “mygov” platformasında imzalaya biləcəklər
2024-12-17 | 2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2024-12-12 | İş icazəsi elektron qaydada tərtib edilməlidir.
2024-12-11 | 2025-ci ilin bayram günləri AÇIQLANDI
2024-11-19 | Əlilliyi olan şəxslərin əmək münasibətlərinin tənzimlənməsi
2023-12-26 | 2024-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2023-10-20 | Noyabrda 5 gün ardıcıl iş olmayacaq

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!