Azərbaycanda alimentin minumum məbləği ARTIRILIR

2025-10-28 | Kadr işi | 108

2026-cı il üçün ölkə üzrə yaşayış minimumu məlum olub. Milli Məclisə təqdim edilən qanun layihəsinə əsasən, ölkə üzrə sözügedən məbləğ 300 manat olacaq. Uşaq üçün yaşayış minimumu isə 260 manat məbləğində müəyyən ediləcək.

Modern.az-ın məlumatına görə, uşaqlar üçün yaşayış minimumun məbləği əvvəlki illə müqayisədə 16 manat artacaq .

Bu həm də alimentin minumum məbləğinin artacağı deməkdir. Alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hesablanır. Yəni, bu, gələn ildən etibarən minimum məbləğ 260 manat təşkil edəcək.

Qeyd edək ki, Ailə Məcəlləsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə qazancın, yaxud da gəlirlərin 1/4 hissəsi, 2 uşağa görə qazancın və ya gəlirlərin 1/3 hissəsi, 3 və daha çox uşağa görə isə qazancın və yaxud gəlirlərin yarısı aliment olaraq hesablanır.

Alimentin miqdarı məhkəmə tərəfindən müəyyən nüanslar nəzərə alınmaqla azaldıla və ya artırıla bilər.

Aliment öhdəliyi olan şəxs işləmirsə və ya heç bir gəliri yoxdursa, bu zaman məhkəmə həmin şəxsə alimentin ödənilməsini sabit pul məbləğində təyin edir. Alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hesablanır.

Mənbə: https://modern.az/az/olke/540296/azerbaycanda-alimentin-minumum-meblegi-artirilir/

Kadr işi bölümünün son xəbərləri

2025-10-28 | Azərbaycanda alimentin minumum məbləği ARTIRILIR
2025-10-27 | ƏMAS-da yenilik: digər sənədləri də e-qaydada imzalamaq olar
2025-10-21 | Noyabrda ardıcıl 4 gün - İŞ OLMAYACAQ
2025-10-10 | Məsafədən iş və saatlıq əməkhaqqına dair qanun layihələrinin hökumətə təqdim edilməsinə başlanıb
2025-10-10 | Azərbaycanda əməkhaqqı rejimi dəyişir
2025-10-09 | Kənd təsərrüfatında mövsümi çalışanlara gündəlik nağd ödənişin yuxarı həddi artırılır
2025-10-09 | Vətəndaşlar əmək müqavilələrini artıq “mygov” platformasında imzalaya biləcəklər
2024-12-17 | 2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2024-12-12 | İş icazəsi elektron qaydada tərtib edilməlidir.
2024-12-11 | 2025-ci ilin bayram günləri AÇIQLANDI

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!