İki fərqli yerdə işləyənlərə gəlir vergisinin hesablanması

2019-10-10 | Kadr işi | 2630

Təcrübədə rast gəlinən məsələlərdən biri də işçinin həm dövlət orqanında, həm də özəl sektorda çalışmasıdır. Özəl sektor qeyri-neft sahəsi ilə məşğul olan fəaliyyət hesab edilir. Bu məsələ ilə bağlı yaranan sullara iqtisadçı ekspert Anar Bayramov münasibət bildirib. Vergi Məcəlləsinin 101.1-2-ci maddəsinə əsasən, iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.

Misal 1:

Səməd Əliyev əsas iş yeri olan dövlət təşkilatında 400 manat, əsas iş yeri olmayan qeyri-neft özəl sektorunda isə 1.000 manat məbləğində əməkhaqqı alır. Bu halda onun dövlət sektorunda aldığı əməkhaqqından 28 manat ((400-200) x 14 faiz) gəlir vergisi tutulacaq, özəl sektorda isə gəlir vergisinə 8.000 manata qədər güzəşt olduğu üçün hesablama aparılmayacaq.

Misal 2:

Səməd Əliyev neft sahəsində fəaliyyəti olmayan iki özəl şirkətdə çalışır. Əsas iş yeri olan özəl şirkətdə 5.000 manat, əlavə iş yeri olan özəl şirkətdə isə 3.500 manat əməkhaqqı alır. Göründüyü kimi, onun hər iki əməkhaqqı cəmləndikdə, 8.500 manat alınır. Lakin bu o demək deyil ki, işçi 8.000 manatlıq güzəşt limitini aşır. Çünki Vergi Məcəlləsinin tələblərinə görə, iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablandığından, misalımızdakı işçi hər bir iş yeri üzrə gəlir vergisindən tam azaddır.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/4644.html

Kadr işi bölümünün son xəbərləri

2023-12-26 | 2024-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2023-10-20 | Noyabrda 5 gün ardıcıl iş olmayacaq
2023-10-12 | Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlarla bağlı mühüm yenilik
2022-12-20 | 2023-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2021-06-11 | Əmək Məcəlləsinə edilən dəyişikliklər qeyri-rəsmi məşğulluğa qarşı mübarizəni gücləndirəcək
2021-02-22 | İşləməyə davam edən 6300-dək pensiyaçının pensiyası yenidən hesablanaraq artırılıb
2021-01-31 | Ezamiyyə xərclərinin hesabnlanması qaydasında dəyişiklik edildi
2021-01-29 | Dövlət bağçalarında əməkhaqqına görə ayırmalar və uşaqlar üçün ərzaq məhsullarının hesablanması qaydası dəyişib
2021-01-29 | Əmək kitabçaları dövriyyədən çıxarılacaq
2021-01-29 | İcbari tibbi sığortanın tətbiqi mərhələli şəkildə həyata keçirilir

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!