Faiz gəlirlərinin vergiyə cəlb edilməsi

2019-10-17 | Vergilər | 3261

Faiz gəlirlərinə sıra gəlirlər aid edilir. Məsələn banklar, kredit təşkilatları üçün faiz gəlirləri - müştərilərə verilən kreditlər üzrə əldə edilən faiz məbləğləri, maliyyə lizinqini həyata keçirən şəxslər üçün faiz gəlirləri - lizinq əməliyyatı üzrə əldə etdikləri ssuda faiz məbləğləri nəzərdə tutulur. Müəssisələr və ya fiziki şəxslər üçün faiz gəlirləri - fiziki şəxslərin və müəssisələrin banklarda yerləşdirdikləri əmanətlər, depozitlər üzrə bankların onlara ödədikləri faiz məbləğləridir. Ümumiyyətlə, faiz gəlirləri fiziki şəxslər üçün Vergi Məcəlləsinin 99.3.1-ci maddəsinə əsasən qeyri-sahibkarlıq fəaliyyətindən gəlir, müəssisələr üçün Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən satışdankənar gəlirlər, banklar, kredit təşkilatları, maliyyə lizinqini həyata keçirən şəxslər üçün faizlər üzrə əldə etdikləri gəlirlər isə sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir hesab edilir.

Bəs faiz gəlirləri vergiyə necə cəlb olunur?

İqtisadçı ekspert Anar Bayramov bu sualla əlaqədar bildirib ki, qeyri-sahibkarlıq fəaliyyətindən gəlir Vergi Məcəlləsinin 101.2-ci maddəsinə əsasən 14 faiz dərəcəsi ilə gəlir vergisinə cəlb edilir. Lakin Vergi Məcəlləsinin 123.1-ci maddəsində göstərilir ki, fiziki şəxsin faiz gəlirlərindən 10 faiz dərəcəsi ilə ödəmə mənbəyindən vergi tutulur və büdcəyə ödənilir. Nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən fiziki şəxslərə banklarda yerləşdirdikləri əmanətlər üzrə ödənilən faiz gəlirləri 2016-cı il fevralın 1-dən 7 il müddətinə gəlir vergisindən azaddır.

Yəni əgər fiziki şəxs hər hansı bankda illik 12 faiz dərəcəsi ilə 10.000 manat məbləğində əmanət yerləşdirmişsə və ilin tamamında ona 1.200 manat faiz ödənilirsə, o zaman 1.200 manat məbləğ əmanət sahibi fiziki şəxsə tam olaraq ödənilir və ödəmə mənbəyində vergi tutulmur. Əgər qanunvericilikdə güzəşt olmasaydı, o zaman fiziki şəxsə 1.200 manat faiz ödənilən zaman bank tərəfindən 120 manat (1200*10%) ödəmə mənbəyində vergi tutulacaqdı, fiziki şəxsin özünə isə 1.080 manat (1200-120) məbləğində faiz ödəniləcəkdir. Fiziki şəxsə ödənilən 1.080 manat faiz gəliri isə bir daha vergiyə cəlb edilməyəcəkdir.

Qeyd etdiyimiz kimi, müəssisələrin banklara yerləşdirdikləri əmanətlər, depozitlər üzrə bankların onlara ödədikləri faiz gəlirləri satışdankənar gəliridir. Müəssisələrin bu gəlirləri satışdankənar olduğuna görə ƏDV-nin vergitutma obyekti deyildir. Çünki Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən ƏDV-nin vergitutma obyekti malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsidir. Satışdankənar gəlir əldə edən müəssisə əldə etdiyi faiz gəliri qarşılığında banka mal təqdim etmədiyi, xidmət göstərmədiyi, iş görmədiyi üçün bu əməliyyat ƏDV-nin vergitutma obyekti deyildir. Müəssisənin əldə etdiyi faiz gəlirləri isə Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən mənfəət vergisinin vergitutma obyektidir. Fiziki şəxslərin banklarda yerləşdirdikləri əmanətlər üzrə banklar tərəfindən ödənilən faizlər 2023-cü il fevralın 1-dək gəlir vergisindən azad olmasına baxmayaraq, müəssisələrin əldə etdiyi faiz gəlirləri üçün bu güzəşt nəzərdə tutulmayıb. O səbəbdən müəssisəyə faiz ödəyən bank Vergi Məcəlləsinin 123.1-ci maddəsinə əsasən 10 faiz dərəcəsi ilə ödəmə mənbəyində vergi tutmalıdır. Müəssisə isə öz illik mənfəət vergisi hesabatında ödəmə mənbəyində verginin tutulduğunu təsdiq edən sənədləri təqdim etməklə həmin ödəmə mənbəyində tutulmuş vergi məbləğini hesablanmış illik mənfəət vergisindən çıxır. Əgər təsdiqedici sənədləri təqdim etməzsə, o zaman müəssisənin əldə etdiyi faiz gəliri tam olaraq 20 faiz dərəcəsi ilə vergiyə cəlb ediləcəkdir.

Yuxarıda qeyd edildiyi kimi, banklar, kredit təşkilatları, maliyyə lizinqini həyata keçirən şəxslər fiziki və hüquqi şəxslərə verdikləri kreditlər üzrə faiz gəlirləri əldə edirlər. Bu fəaliyyətdən əldə edilən faiz gəlirləri müəssisələr üçün sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir hesab edilir. Nəzərə alsaq ki, bu əməliyyatlar Vergi Məcəlləsinin 13.2.14-cü maddəsinə əsasən maliyyə xidmətlərinin göstərilməsi sayılır, o zaman Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə əsasən maliyyə xidmətlərinin göstərilməsi ƏDV-dən azad əməliyyat hesab edildiyi üçün banklar, kredit təşkilatları, maliyyə lizinqini həyata keçirən şəxslər bu əməliyyatları ƏDV-yə cəlb etmirlər. Banka faizə görə ödəniş edən şəxs ödəniş edilən zaman faizlərdən 10 faiz dərəcəsi ilə ödəmə mənbəyində vergi tutmur. Çünki bank özü müştəridən əldə etdiyi həmin faiz gəlirindən 20 faiz dərəcəsi ilə vergini hesablayır və büdcəyə ödəyir.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/4832.html

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

LAYİHƏ HAQQINDA

MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.

Müəllif haqqında

MÜƏLLİFLƏRƏ:

Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Ətraflı

ƏLAQƏ

Bakı, AZ 1004 Mikayıl Müşfiq küç. 2H.

(994)702011258

admin@muhasib.az

Məxfilik strateqiyası

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!