Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər - Yenilənir

2019-10-23 | Vergilər | 5296

Qanun layihəsi Milli Məclisin 12,13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.

Gələn ildən tikinti şirkətlərinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ ləğv ediləcək

Gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər

Həmin şəxslər vahid vergi rejimində (əlavə dəyər vergisi (ƏDV) və mənfəət vergisi metodu) fəaliyyət göstərəcəklər. Eyni zamanda gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlətə ayrılan hissə təqdim edildikdə, əmlaka görə əldə edilən gəlirlər vergiyə cəlb olunan gəlirlər hesab edilməyəcək. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış sahəsinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində alqı-satqı müqavilələri üzrə nəzərdə tutulan ƏDV-siz məbləğlər və təqdim edilən həmin sahələrin tikintisinə çəkilən məsrəflər əsasında müəyyən ediləcək.

Qeyd edək ki, qanun layihəsində keçid müddəaları da nəzərdə tutulub. Gələn il yanvarın 1-dək tikinti obyektlərinin tikinti-quraşdırma işlərinə başlamış və sadələşdirilmiş vergitutma metodunu tıətbiq edən vergi ödəyicisi həmin tikinti-quraşdırma işləri üzrə vergiləri bu qanun qüvvəyə minənədək mövcud olan qaydada ödəyəcək.

Tikinti-quraşdırma işlərinə 2019-cu il 1 dekabr tarixindən başlamış vergi ödəyicisi həmin tikinti-quraşdırma işləri üzrə seçdiyi vergitutma metodu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş məlumat formasını 2020-ci il 1 yanvar tarixədək təqdim etmədikdə tikilən binalar üzrə yaranan vergi öhdəlikləri bu qanunla müəyyən olunmuş qaydada yerinə yetiriləcək.

Bu malların satışı ƏDV-dən - AZAD EDİLİR

Gələn il yanvarın 1-dən heyvan və quş yemlərinin satışı 4 il müddətində əlavə dəyər vergisindən (ƏDV ) azad edilir.

Layihəyə əsasən, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr 2020-ci il yanvarın 1-dən 4 il müddətində ƏDV-dən azaddır.

2020-ci ildən elektron vergi hesab-fakturası - LƏĞV OLUNUR

2020-ci ildən Azərbaycanda elektron vergi hesab-fakturası ləğv olunur.

Məcəllənin 25 maddəsində elektron vergi hesab-fakturası ya tamamilə ləğv edilir, ya da elektron qaiməfakturalara, ya da digər sənədlərlə əvəz edilir.

Azərbaycanda aksizli mallar üzrə - VERGİ DƏRƏCƏLƏRİ DƏYİŞDİRİLİR

Gələn ildən Azərbaycanda istehsal olunan içməli spirt, pivə, spirtli içkilər, tütün məmulatları, energetik (spirtli və spirtli) içkilər, elektron siqaretlər üçün maye kimi aksizli mallara tətbiq edilən vergi dərəcələrinin dəyişdirilməsi nəzərdə tutulub.

Layihənin 190-cı maddə ilə bağlı hissəsinə əsasən, içməli spirt, araq, tündləşdirilmiş içkilər və likyorun hər litri üçün aksiz vergisi 2 manatdan 3,2 manata, konyakın hər litri üçün aksiz vergisi 6 manatdan 3,2 manata, şampan şərabının hər litri üçün aksiz vergisi 2,5 manatdan 2,6 manata, adi şərabın hər litri üçün aksiz vergisi 0,1 manatdan 0,2 manata, spirtli pivənin hər litri üçün aksiz vergisi 0,2 manatdan 0,5 manata, nazik siqaretlərin 1 000 ədədi üçün aksiz vergisi 20 manatdan 31 manata, spirtli energetik içkilərin hər litri üçün aksiz vergisi 2 manatdan 2,1 manata, spirtsiz energetik içkilərin hər litri üçün aksiz vergisi 3 manatdan 3,1 manata dəyişdirilir.

Bundan başqa, 2020-ci ildən bu maddədə nəzərdə tutulmayan tündləşdirilməmiş spirtli içkilərin hər litri üçün 0,4 manat aksiz vergisinin tutulması təklif olunur.

Azərbaycanda tikdiyi binadan dövlətə pay verənlərə - VERGİ GÜZƏŞTİ EDİLƏCƏK

Gələn ildən Azərbaycanda sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən vergi azadolmalar və güzəştləri müddətli olacaq və fərdi xarakter daşımayacaq.

Bundan başqa, sənəddə təklif olunur ki, bina tikintisi ilə məşğul olan şəxslər dövlətə müəyyən hissə təqdim etdikdə, həmin əmlakın satışından əldə olunan gəlirlər vergiyə cəlb olunmasın.

Azərbaycanda vergi güzəştlərinin - MÜDDƏTİ DƏYİŞDİRİLİR – YENİ QAYDA

Azərbaycanda sənaye zonalarında və texnologiya parklarında fəaliyyət göstərən sahibkarlar üçün vergi güzəştinin müddəti dəyişdiridir.

Dəyişikliklərə görə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıqlə məşğul olan, eləcə də şirkətlərin gəlir vergisi, əmlak və torpaq vergisi üzrə güzəştlərin müddəti 7 ildən 10 ilə qaldırılır.

Güzəştt müddətinin 7 ildən 10 ilə qaldırılması həxmi şirkətlərin və sahibkarların xaricdən texnika və avadanlıq idxalına da aiddir.

Azərbaycanda yeni kassa aparatı quraşdıranlar üçün - ƏLA XƏBƏR - YENİLİK

Gələn il yanvarın 1-dən Azərbaycanda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatını quraşdıran vergi ödəyicisi tərəfindən hər bir nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərin (nəzarət-kassa aparatının dəyəri də daxil olmaqla) dəyəri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən həddə nəzarət-kassa aparatı quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəzlənəcək.

Bu müddəa qüvvəyə minənədək istismar edilən nəzarət-kassa aparatının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejiminə qoşulmuş nəzarət-kassa aparatı ilə əvəz edən vergi ödəyicilərinə şamil ediləcək və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən həddən artıq olan məbləğ vergi ödəyicisi tərəfindən ödəniləcək.

Aşağıdakı hallarda nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclər bu maddə ilə müəyyənləşdirilmiş qaydada vergi öhdəlikləri ilə əvəzlənmir:

- Nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixədək quraşdırıldıqda;

- nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixindən sonra quraşdırıldıqda, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab vermədikdə;

-nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixindən sonra quraşdırıldıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verdikdə, lakin əvvəllər istifadədə olan nəzarət-kassa aparatını əvəzləmədikdə.

Aksiz vergiləri artırılır – ARAQ VƏ SİQARETLƏR BAHALAŞACAQ

2020-ci ildən Azərbaycanda aksiz dərəcələrinin artımı gözlənilir.

Dəyişikliklərə görə, ölkədə içməli spirt, araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litri üçün aksiz vergisi 2 manatdan 3,2 manata qaldırılır.

Şampan şərabı üçün aksizlər 2,5 manatdan 2,6 manata qaldırılır.

Şərablar və şərab materialları üçün aksizlər ikiqat artırılaraq hər litrinə 0,1 manatdan 0,2 manata qaldırılır.

Pivə üçün (Hacı pivəsi istisna olmaqla) və pivə tərkibli - digər içkilər üçün aksiz vergisi 0,2 manatdan 0,5 manata qaldırılır.

Siqarilla (nazik siqarlar) üçün aksizlər - 1.000 ədədinə görə 20,0 manatdan 31 manata qaldırılıb.

Tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri üçün aksizlər - 1.000 ədədinə 20 manatdan 31 manata qaldırılıb.

Alkoqollu energetik içkilər üçün aksizlər hər litrinə 2 manatdan 2,1 manata qaldırılır.

Alkoqolsuz energetik içkilər üçün aksiz vergiləri hər litrinə 3 manatdan 3,1 manata qaldırılır.

Digər tündləşdirilməmiş alkoqollu içkilər üçün aksiz vergisi isə hər litri üçün 0,4 manat nəzərdə tutulub.

Məcəlləyə dəyişikliklərdə yalnız bir içki üçün aksizlər aşağı salınıb. Konyak üçün aksiz vergisinin aksiz vergisi 6 manatdan 3,2 manata endirilir.

Vergi pozuntusuna görə məsuliyyətə cəlbetmə - QAYDASI DƏYİŞDİRİLİR

Gələn ildən Azərbaycanda cinayət-prossessual qanunvericiliyinə uyğun olaraq vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarla aparılan səyyar vergi yoxlamalarının nəticələri istisna olmaqla, vergi qanunvericiliyinin pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il) keçəcəyi halda, həmin şəxs qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməyəcək və vergi öhdəlikləri yaranmayacaq.

Xatırladaq ki, hazırda qüvvədə olan qaydalara görə, vergi qanunvericiliyinin pozulması anından 3 il keçibsə, həmin şəxs qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz.

Evini satanlar üçün yenilik – MƏCƏLLƏYƏ DƏYİŞİKLİK

Azərbaycanda vətəndaşlaırın öz əmlakını satmaq üçün sadələşdirilmiş vergini ödəməməsi üçn tələb olunan sahiblik müddəti dəyişdirilir.

Məcəlləyə təklif olunan dəyişikliyə görə, bu müddət 5 ildən 3 ilə endiriləcək.

Dəyişikliyin məğzi ondan ibarətdir ki, indiyədək olan qaydalara görə, evini alandan 5 sonra 5 il ərzində satın vətəndaş vergi ödəməli idi. Vergi ödəməmək üçün əmlakı azı 5 il sonra satmaq tələb olunurdu.

Gələn ildən isə mənzili və ya evi artıq 3 ildən sonra da vergi ödəmədən satmaq mümkün olacaq.

Restoran və mağazalarda 25% vergi güzəşti – AZƏRBAYCANDA İLK DƏFƏ

Azərbaycanda ilk dəfə olaraq pərakəndə satışla məşğul olan ticarət məntəqələrində və ictimai iaşədə xüsusi vergi güzəştləri tətbiq ediləcək.

Yeniliyə əsasən, mağaza və restoranlarda POS-terminallar vasitəsilə aparılan əməliyyatlara 25 vergi güzəşti veriləcək.

Məcəlləy əlavə edilən yeni maddədə deyilir ki, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və ictimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən büdcəyə ödənilməli olan verginin məbləği 3 il müddətinə POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi hasilatdakı xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır. Bu güzəştin alınması hüququ müəyyən edilərkən, vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır.

3 illik müddət isə 2020-ci ilin əvvəlindən deyil, 2019-cu ilin əvvəlindən hesablanacaq.

Azərbaycanda heyvan ətinin satışı - ƏDV-DƏN AZAD EDİLİR

Gələn ildən Azərbaycanda heyvan ətinin satışı 4 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək.

Amma vergi güzəşti kəsilmiş və dondurulmuş heyvan ətləri istisna olmaqla, emala göndərilən ətə aid deyil.

Bundan başqa, sənəddə quş ətinin satışının ƏDV-dən azad edilməsi ilə bağlı 2017-ci ildən tətbiq edilən qaydanın müddətinin 2023-cü ilin sonuna qədər uzadılması təklif olunur.

5 milyon manatdan çox əmlakı olan vergi ödəyicilərilə bağlı - DƏYİŞİKLİK

Gələn ildən Azərbaycanda təbii inhisar subyektləri, xüsusi vergi rejimli müəssisələr, eləcə də işçilərinin sayı 251-dən çox olan, balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyəri 5 milyon manatdan çox olan vergi ödəyiciləri mərkəzləşdirilmiş qaydada uçota alınacaq.

Xatırladaq ki, hazırda qüvvədə olan qaydalara görə, mərkəzləşdirilmiş qaydada uçota alınma iri vergi ödəyicilərinə və xüsusi vergi rejimli müəssisələrə aiddir

ƏDV-nin əvəzləşdirilməsində – YENİ QAYDA – İCAZƏ VERİLMƏYƏCƏK

Azərbaycanda büdcəyə ödəmələr müəyyən edilərkən ƏDV-nin əvəzləşdirilməsində yeniliklər gözlənilir.

Dəyişikliklərdə bildirilir ki, qəbzlər, çeklər və nağd qaydada aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər ƏDV-nin əvəzləşdirilməsinə əsas vermir.

Bununla yanaşı, gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir.

Yalan əqdlər çərçivəsində aparılan əməliyyatlar üzrə rəsmiləşdirilən sənədlər, habelə riskli vergi ödəyicisindən əldə edilmiş elektron qaimə-faktura bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.

Azərbaycanda riskli vergi ödəyicilərinə - NƏZARƏT GÜCLƏNDİRİLƏCƏK

Gələn il yanvarın 1-dən Azərbaycanda riskli vergi ödəyicilərinə nəzarət gücləndiriləcək.

Layihəyə əsasən, riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə təsdiq edilmiş meyarlara uyğun olan və barəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olan vergi ödəyicisidir.

Riskli vergi ödəyiciləri barədə məlumat kommersiya və ya vergi sirri sayılmayacaq. Vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, bu hal onda növbədənkənar səyyar vergi yoxlaması və operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsas sayılacaq. Riskli vergi ödəyicisinə münasibətdə vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmayacaq. Habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal yetirməyi tələb edə bilər. Vergi orqanının bu halda verginin onun ödənildiyi tarixədək hesablamaq hüququ olacaq. Riskli vergi ödəyicilərinə münasibətdə artıq ödənilmiş məbləğlər vergi ödəyicisinin fəaliyyəti üzrə vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra qaytarılacaq. Riskli vergi ödəyicisindən əldə edilmiş elektron qaimə-faktura da əvəzləşdirməyə əsas olmayacaq.

Azərbaycanda transmilli şirkətlərə qarşı yeni tələb qoyulur

Gələn ildən illik gəliri 750 milyon avrodan çox olan transmilli şirkətlərin Azərbaycandakı törəmələri vergi orqanlarına hesabat verməli olacaq.

Sənədə əsasən, bu tələb Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələri çərçivəsində digər dövlətlərin səlahiyyətli orqanları ilə avtomotlaşdırılmış məlumat mübadiləsinin həyata keçirilməsi məqsədi ilə qoyulur.

Azərbaycanda əmlak vergisindən azad edilmiş mikro sahibkarların əhatə dairəsi azaldılır

Gələn ildən Azərbaycanda mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1 milyon manatdan çox olan mikro sahibkarlar əmlak vergisi ödəməli olacaqlar.

Xatırladaq ki, hazırda qüvvədə olan qaydalara görə, mikro sahibkarlıq subyekti olan bütün şəxslər əmlak vergisini ödəməkdən azaddırlar.

Azərbaycanın sənaye və texnologiyalar parklarındakı sahibkarların əmlak vergisindən azad edilməsi müddəti artırılır

Gələn ildən Azərbaycanın sənaye və texnologiyalar parklarında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər qeydiyyata alındıqları ildən başlayaraq 10 il ərzində əmlak vergisi ödəməyəcəklər.

Xatırladaq ki, hazırda bu müddət 7 ildir.

Toy musiqiçiləri, tamadalar, rəqqaslar və fotoqrafların - VERGİSİ AZALDILIR

Gələn il yanvarın 1-dən toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olanlar üçün sadələşdirilmiş vergi üzrə sabit aylıq məbləğ 30 manatdan 20 manatata endiriləcək.

Fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstrənlər üçün isə sadələşdirilmiş vergi üzrə sabit aylıq məbləğ 30 manatdan 15 manata endiriləcək.

Azərbaycanda iş adamları üçün yeni cərimə - 6000 MANAT

Gələn il yanvarın 1-dən şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə, o cümlədən foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərinin müştərilərinə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə cərimələr tətbiq ediləcək.

Bu şəxsləri “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edən işəgötürənə (vergo orqanında uçotda olan sifarişçiyə) hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Mənbə: www.fed.az

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!