Əsas vəsaitlər
2019-11-19 | Mühasibat uçotu | 4376Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə görə, istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114- cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər əsas vəsaitlər hesab olunur. Mövzu ilə bağlı maraq doğuran sualları Türkmənistanın Azərbaycandakı səfirliyinin baş mühasibi, iqtisadçı ekspert Şəms Hüseynova şərh edir.
Vergi Məcəlləsinə görə aşağıdakılar əsas vəsaitlər hesab olunur:
- tikintilər və qurğular - istehsalat və təsərrüfat, sosial-mədəni obyektlər, xəstəxanalar, poliklinikalar, internat evləri, qocalar və əlillər evləri, kitabxanalar, muzeylər, elmi-tədqiqat institutları, laboratoriyalar və başqa bütün növ istehsalat həmçinin təsərrüfat təyinatlı binalar, stadionlar, hovuzlar, yollar, körpülər, binaların hasarları, heykəllər, ictimai bağlar və müəyyən texniki funksiyaları yerinə yetirən texniki obyektlər, istehlakçıya çatdırılacaq maye, qaz və enerji halındakı məhsulların ötürülməsində iştirak edən bütün növ qurğular;
- maşınlar, avadanlıqlar və hesablama texnikası - iş maşınları və avadanlıqları, güc maşınları və avadanlıqları, hesablama texnikası; tibbi avadanlıqlar, tənzimləyici cihazlar və ayrı-ayrı qruplar üzrə digər maşın və avadanlıqlar;
- nəqliyyat vasitələri - hava, dəmiryol, su, avtomobil nəqliyyat vasitələri, araba nəqliyyatı (araba, xizək və s.) istehsalat (velosipedlər, motorellalar və s.) və digər bütün növ idman nəqliyyatları (iş heyvanları və yarış atlarından başqa);
- digər əsas vəsaitlər - çoxillik əkmələr, muzey sərvətləri, heyvanxana eksponatları, tədris kinofilmləri və s.
Bəs əsas vəsaitlərin alınmasına çəkilən xərclərin gəlirdən çıxılmasına icazə verilirmi?
Əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir.
Tutaq ki, hüquqi şəxs cari ildə kuryer şirkəti üçün 10.000 manata avtomobil almış, bu nəqliyyat vasitəsinin gətirilməsinə 2.000 manat xərc çəkmişdir. Bu halda əsas vəsaitin dəyərini 12.000 (10.000 + 2000) manat təşkil edir. Bu xərclər birbaşa gəlirdən çıxıla bilməz, ancaq amortizasiya ayırmaları şəklində çıxıla bilər.
Mahiyyətindən asılı olaraq əsas vəsaitin alınmasına çəkilən inzibati xərclər tam çıxılan, qismən çıxılan və çıxılmayan xərclər ola bilər. İnzibati xərclər - müəssisənin əməliyyat və istehsal fəaliyyətinə aid olmayan məsrəflərdir. İnzibati xərclərə aşağıdakıları aid etmək olar:
- inzibati binaların və avadanlığın icarəsi;
- onların amortizasiyası;
- inzibati işçi heyyəti üzrə xərclər və s.
Əsas vəsaitlər əvəzsiz olaraq verildikdə, onun dəyərinin müəyyənləşdirilmə prosesi belə gedir. Dövlət orqanlarından maddi yardım kimi, digər müəssisə və şəxslərdən isə əvəzsiz alınmış əsas vəsaitlərin dəyəri ekspert yolu ilə, yaxud qəbul-təhvil sənədlərindəki məlumatlar əsasında müəyyən edilir. Əvəzsiz maliyyə yardımı şəklində alınan əsas vəsaitlərin ilkin dəyərini ekspertlər onların uçota götürüldüyü tarixə bazar qiyməti ilə təyin edilir. Qeyd edək ki, bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir.
Hazırladı:
Fəxriyyə İKRAMQIZI

Mühasibat uçotu bölümünün son xəbərləri |