Müəssisələr vergi hesabatları ilə yanaşı, mühasibat uçotunun da hesabatlarını təqdim etməlidirlər

2022-12-09 | Mühasibat uçotu | 4830

Müəssisədə mühasibat uçotu düzgün aparıldığı zaman vergi uçotu daha dəqiq aparılır. Mövzu ilə bağlı “vergiler.az”a İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev açıqlama verib.

Müəssisənin mühasibat və vergi uçotlarının hazırlanması bir-birindən fərqlənir. Lakin mühasibat uçotu hesabatları hazırlanmadıqda, yalnız vergi uçotu aparıldıqda müəyyən səhvlərə və saxtakarlığa yol verilə bilər.

Uçot və hesabatın aparılması qanunvericiliyin tələbidir. 2018-ci ildə təkmilləşdirilmiş “Mühasibat uçotu haqqında” Qanuna görə, uçot və hesabat beynəlxalq standartlara uyğun aparılmalıdır. Mühasibat uçotunun aparılması ilə bağlı Maliyyə Nazirliyinin kollegial qərarları, təlimatlar mövcuddur, İnzibati Xətalar Məcəlləsinə əsasən, bu sahədə qanun pozuntusuna görə 500 manatdan 1.500 manatadək cərimə tətbiq edilir. Bununla belə, mühasibat uçotunun yoxlanılması sistemi həyata keçirilmədiyindən vergi ödəyiciləri vergi uçotunu vergi orqanlarına təqdim etmək üçün aparırlar.

Maliyyə Nazirliyi yalnız törəmə müəssisəsi olan şirkətlərin konsolidə olunmuş hesabatlarını tələb edir və yoxlayır ki, belə şirkətlərin sayı heç 1 faiz də təşkil etmir. Şirkətlərin 99 faizi isə bu hesabatları təqdim etmirlər.

Hələ 2017-2018-ci illərdə aparılmış sorğulara görə, ölkə üzrə mühasibat uçotunun aparılması səviyyəsi təxminən 5-10 faiz olub. Lakin 2021-ci ildən başlayaraq mühasibat uçotunu aparanların sayında artım qeydə alınır. Çünki artıq Dövlət İmtahan Mərkəzi tərəfindən baş mühasiblər üçün peşəkar mühasib sertifikatının verilməsi məqsədilə imtahanlar keçirilir. Mühasiblərin bu sertifikata böyük marağı var. Baş mühasiblər uçotu, müxabirləşmələri yeni standartlara uyğun daha dərindən öyrənməlidirlər. Bu baxımdan, mühasibat uçotunun aparılması səviyyəsinin artacağını düşünürəm. 2023-cü ildə ölkə üzrə mühasibat uçotu aparan vergi ödəyicilərinin sayında 10-15 faiz artımın olacağı ehtimal edilir.

İlhamə İSABALAYEVA

Mənbə: https://vergiler.az/news/taxes/20616.html

Mühasibat uçotu bölümünün son xəbərləri

2024-04-03 | İllik mühasiblər forumunun keçirilməsi üçün ilkin görüş baş tutub
2024-01-23 | Bakıda II Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək
2024-01-23 | Azərbaycanda orta sahibkarlar bu ildən elektron mühasibat uçotuna keçməli olacaq
2024-01-23 | Azərbaycanda “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlar dəyişib
2022-12-09 | Müəssisələr vergi hesabatları ilə yanaşı, mühasibat uçotunun da hesabatlarını təqdim etməlidirlər
2021-02-04 | Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları təsdiqlənib
2021-02-03 | Peşəkar Mühasib Sertifikasiyası imtahanı ilə bağlı sual-cavab MÖVZUSUNDA VEBİNAR
2021-01-29 | Uçot və hesabatlılıq sistemi Beynəlxalq Maliyyə Hesabatı Standartlarına əsasən qurulmalıdır
2021-01-08 | Mühasibat uçotu haqqında qanunda dəyişiklik edildi
2020-07-07 | TTA STANDARTI: VERGİ MƏCƏLLƏSİ İLƏ IFRS-İN QARŞILAŞDIRILMASI MÖVZUSUNDA VEBİNAR

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!