Azərbaycanda elektron əmtəə-nəqliyyat qaimələri digər sistemlərə inteqrasiya ediləcək

2026-04-07 | Mühasibat uçotu | 46

Azərbaycanda elektron əmtəə-nəqliyyat qaimələrinin digər sistemlərə inteqrasiyası istiqamətində iş aparılır.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin Vergi qanunvericiliyinin tətbiqi şöbəsinin baş dövlət vergi müfəttişi Anar Cabbarov Bakıda keçirilən "Vergi və Mühasibatlıq Zirvəsi"ndə bildirib.

Onun sözlərinə görə, hazırda bu sahədə müəyyən texniki və sistem məsələləri mövcuddur, onların aradan qaldırılması üçün müzakirələr aparılır.

"Elektron əmtəə-nəqliyyat qaimələrinin digər qurumların, o cümlədən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sisteminə inteqrasiyası istiqamətində işlər davam etdirilir. Gələcəkdə sistemlərin avtomatik inteqrasiyası nəzərdə tutulsa da, bunun konkret tətbiq müddəti hələ müəyyən edilməyib", - o deyib.

Mənbə: https://report.az/biznes-xeberleri/azerbaycanda-elektron-emtee-neqliyyat-qaimeleri-diger-sistemlere-inteqrasiya-edilecek

Mühasibat uçotu bölümünün son xəbərləri

2026-04-07 | Azərbaycanda elektron əmtəə-nəqliyyat qaimələri digər sistemlərə inteqrasiya ediləcək
2025-10-09 | Azərbaycanda akvakultura təsərrüfatlarının ilkin uçotu aparılır
2024-11-25 | Nümayəndəlik xərclərinin vergitutma məqsədləri üçün gəlirdən çıxılması normaları müəyyənləşib
2024-04-03 | İllik mühasiblər forumunun keçirilməsi üçün ilkin görüş baş tutub
2024-01-23 | Bakıda II Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək
2024-01-23 | Azərbaycanda orta sahibkarlar bu ildən elektron mühasibat uçotuna keçməli olacaq
2024-01-23 | Azərbaycanda “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlar dəyişib
2022-12-09 | Müəssisələr vergi hesabatları ilə yanaşı, mühasibat uçotunun da hesabatlarını təqdim etməlidirlər
2021-02-04 | Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları təsdiqlənib
2021-02-03 | Peşəkar Mühasib Sertifikasiyası imtahanı ilə bağlı sual-cavab MÖVZUSUNDA VEBİNAR

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2026.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!