Elektron qaimə-fakturaların tətbiqində xüsusi tələblər

2019-11-30 | Vergilər | 4173

Vergi Məcəlləsində son illər edilmiş vacib dəyişikliklərdən biri elektron qaimə-fakturaların tətbiqi ilə bağlıdır. Praktikada elektron qaimə-fakturaların təqdim edilməsi ilə bağlı mütəxəssislər, vergi ödəyiciləri arasında müəyyən fikir ayrılıqları olur: Alınmış avans məbləğlərinə görə elektron qaimə-faktura verilməlidirmi?; Elektron qaimə-faktura malların, işlərin və xidmətlərin təqdim edilməsidirmi?; Elektron qaimə-faktura verildikdən sonra başqa bir sənəd tələb olunurmu? Sualları sərbəst auditor Altay Cəfərov şərh edir.

Vergi Məcəlləsinin elektron qaimə-fakturaları əhatə edən 71-1-ci maddəsində deyilir ki, bu Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur.

Maddəyə diqqətlə nəzər yetirsək, malları, işləri və xidmətləri təqdim edən şəxsin alıcıya elektron qaimə-faktura verməli olduğunu görürük. Cümlədə "... təqdim edən şəxs..." ifadəsinin üzərində dayanmalıyıq. Belə aydın olur ki, malları, işləri və xidmətləri qarşı tərəfə təqdim etməmişdən əvvəl də həmin vergi ödəyicisi təqdim edən şəxs kimi qiymətləndirilir. Yəni tərəflər arasında bağlanmış müqaviləyə və digər razılaşmaya əsasən, vergi ödəyicisi mallara, işlərə və xidmətlərə görə əvvəlcədən vəsait alsa da, razılaşmaya görə həmin şəxs təqdim edən şəxs kimi qiymətləndirilir. Belə olanda, avans alınmış məbləğə görə elektron qaimə-fakturanın verilməsi gündəmə gəlir. Amma məsələyə bir az da dərindən yanaşmalıyıq: Məcəllənin 71-1.-ci maddəsinin tələblərinə görə, Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarxili 89 saylı "Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında qərarı qüvvəyə minmişdir və qaydaların 3.3-cü maddəsində yazılır ki, vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilən vaxt verilir.

Maddədən tam aydın olur ki, elektron qaimə-faktura alıcıya mallar, işlər və xidmətlər təhvil verilən zaman verilir. Yəni avans məbləğlərə görə elektron qaimə-faktura verilmir. Həmin qaydaların daha iki maddəsinə nəzər yetirək.

Maddə 1.3. Bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir.

Maddə 2.6. Elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın "Əsas" rekvizitində öz əksini tapır.

2.6-cı maddənin tələblərinə görə elektron qaimə-fakturanın doldurulmasına əsas kimi müəyyən sənədlər olmalıdır. Bu sənədlərə təhvil-təslim aktları, eləcə də malların təhvil-təslim aktları daxildir. Belə çıxır ki, elektron qaimə-fakturalar birbaşa malların, işlərin və xidmətlərin təhvil-təslim sənədi sayılmır və birbaşa ilkin sənəd sayılmır. Yəni əvvəl qeyd etdiyimiz sənədlər olmalıdır ki, eyni zamanda vergi uçotu məqsədləri üçün elektron qaimə-faktura qarşı tərəfə verilsin.

Bundan əlavə,1.3.-cü maddənin tələblərinə görə isə həmçinin qaydalara uyğun tərtib edilmiş elektron qaimə-faktura malların, işlərin və xidmətlərin təqdim edilməsinin rəsmiləşdirildiyini təsdiq edir. Son olaraq aşağıdakı nəticələrə gəlmək olar:

Əgər elektron qaimə-fakturaya kimi qaydalara uyğun təhvil-təslim sənədləri vardırsa, həmin sənədlər malların, işlərin və xidmətlərin təhvil-təslimini təsdiq edən sənədlərdir. Bu sənədlər olmadan yalnız elektron qaimə-faktura üzrə rəsmiləşdirilmə aparılmişdırsa, onda malların, işlərin və xidmətlərin təhvil-təsmini təsdiq edən sənəd elektron qaimə-faktura sayılır.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/5879.html

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

LAYİHƏ HAQQINDA

MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.

Müəllif haqqında

MÜƏLLİFLƏRƏ:

Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Ətraflı

ƏLAQƏ

Bakı, AZ 1004 Mikayıl Müşfiq küç. 2H.

(994)702011258

admin@muhasib.az

Məxfilik strateqiyası

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!