Vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində meyarlar təsdiq edildi.
2020-03-13 | Vergilər | 3854
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların MEYARLARI
1. Ümumi müddəalar
1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarlarını müəyyən edir.
1.2. Bu Meyarlarda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının digər müvafiq normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.
2. Elm sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların meyarları
2.0. Elm sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların meyarları aşağıdakılardır:
2.0.1. təsis sənədlərində “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsi ilə müəyyən olunan elmi fəaliyyət sahəsində fəaliyyət göstərməsinin nəzərdə tutulması;
2.0.2. “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uyğun olaraq akkreditasiyadan keçməsi;
2.0.3. “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində göstərilən elm sahəsində dövlət siyasətinin əsas prioritetləri üzrə tədqiqat aparması;
2.0.4. ən azı 5 (beş) nəfər elmi işçisinin olması.
3. Təhsil sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarları
3.0. Təhsil sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlar aşağıdakı meyarlardan hər hansı birinə cavab verməlidir:
3.0.1. dövlət orqanlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyində olması;
3.0.2. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lisenziya alması.
4. Səhiyyə sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarları
4.0. Səhiyyə sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarları aşağıdakılardır:
4.0.1. dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisəsi olması;
4.0.2. köçürülən vəsaitin nizamnaməsində nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə əhalinin sağlamlığının qorunması ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədləri üçün istifadə edilməsi.
5. İdman sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarları
5.0. İdman sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarları aşağıdakılardır:
5.0.1. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş ictimai birlik formasında yaradılan respublika idman federasiyaları (assosiasiyaları) və ya idman klubları olması;
5.0.2. köçürülən vəsaitin idman federasiyaları (assosiasiyaları) və ya idman klublarının təsis sənədlərində nəzərdə tutulan məqsədlər üçün sərf edilməsi.
6. Mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarları
6.0. Mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlar aşağıdakı meyarlardan hər hansı birinə cavab verməlidir:
6.0.1. Azərbaycan mədəniyyətinin, milli mədəni irsin təbliği, təşviqi və inkişafı məqsədilə incəsənət və bədii tədbirlərin, yaradıcılıq müsabiqələrinin, sərgilərin, yaradıcılıq gecələrinin, mədəniyyət və incəsənət təqdimatlarının, festivalların, konfrans və simpoziumların təşkilini, nəşr məhsullarının hazırlanmasını və yayımını həyata keçirən, habelə film istehsal edən hüquqi şəxslər (kommersiya hüquqi şəxsləri istisna olmaqla) olması;
6.0.2. teatr, kitabxana və ya muzey kimi fəaliyyət göstərməsi.
7. Yekun müddəalar
7.1. Ödənişi qəbul edən müəssisə, idarə və təşkilat aid olduğu fəaliyyət sahəsi üzrə bu Meyarlarla müəyyən edilmiş tələblərə cavab verməlidir.
7.2. Bu Meyarlarda nəzərdə tutulan şəxslərə ödəniş edilərkən, ödənişin təyinatı ödəniş sənədində düzgün, tam və aydın şəkildə qeyd olunmalıdır və ödəniş nağdsız qaydada vəsaiti köçürən şəxsin bank hesabından vəsaiti alan şəxsin bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir. Təyinatı qeyd olunmayan (düzgün və ya tam qeyd olunmayan) ödənişlər, habelə nağd qaydada ödənilən məbləğlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 106.1.18-ci maddəsində nəzərdə tutulan vergidən azadolmaya əsas vermir.
7.3. Ödənişi alan müəssisə, idarə və təşkilat hesabat ili bitdikdən sonra 1 (bir) ay müddətində alınmış vəsaitin təyinatı üzrə xərcləndiyini təsdiq edən sənədləri (alqı-satqı müqavilələri, təhvil-təslim aktları, ödəniş tapşırıqları, bank çıxarışları və s.) vəsaiti köçürən şəxsə təqdim edir.
Qayalı MMC təhsilin inkişafı məqsədilə AR Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən təhsil müəssisəsinin bank hesabına 2019-ci ildə nağdsız qaydada 12 000 manat vəsait köçürmüşdür. 2019-ci ilin sonuna Qayalı MMC 30 000 manat mənfəət əldə etmişdir. Qayalı MMC-nin təhsil müəssisəsinə köçürdüyü 12 000 manatlıq vəsaitin 3 000 manatı (30 000 * 10%) onun vergiyə cəlb edilən mənfəətindən çıxılır. Ödənilən 9 000 manat isə müəssisənin bölüşdürülməmiş mənfəətindən çıxılacaqdır.
Mənfəət vergisinə cəlb olunan məbləğ: 30 000 - (30 000 * 10%) = 27 000 manat.
Mənfəət vergisi olacaqdır:
27 000 * 20% = 5 400 manat

Vergilər bölümünün son xəbərləri |