Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqlarının hesablanması
2020-08-28 | Vergilər | 5103Prezident İlham Əliyevin 2 iyun 2020-ci il tarixində imzaladığı "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə fərmanına əsasən, 1 aprel 2020-ci il tarixindən fərdi sahibkarların məcburi dövlət sosial sığorta ödənişlərinin məbləği azaldılıb. Həmin qanunun 14.5-ci maddəsində göstərilib ki, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:
Sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının:
- Bakı şəhərində 100 faizi;
- Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;
- digər şəhərlərdə 80 faizi;
- rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;
- kənd yerlərində 50 faizi miqdarında güzəşt tətbiq edilir.
Maliyyə üzrə mütəxəssis Elməddin Məmmədov qanunvericiliyin bu tələbini misallarla izah edib:
31 mart 2020-ci il tarixinədək Bakı şəhərində tikinti və ya ticarət sahəsində fəaliyyət göstərən fərdi sahibkar aylıq olaraq 250 manat minimum aylıq əməkhaqqının 50 faizi miqdarında, yəni 125 manat (250x50%) məcburi dövlət sosial sığorta haqqı ödəyirdi. 2020-ci ilin aprel ayının 1-dən isə 250 manat minimum aylıq əməkhaqqının 25 faizi miqdarında – 62,5 manat (250x25%x100%) ödəyəcək.
31 mart 2020-ci il tarixinədək Bakı şəhərində digər sahələrdə fəaliyyət göstərən fərdi sahibkar aylıq olaraq 250 manat minimum aylıq əməkhaqqının 25 faizi miqdarında - 62,5 manat (250x25%) məcburi dövlət sosial sığorta haqqı ödəyirdi. Güzəştlər tətbiq olunandan sonra isə 250 manat minimum aylıq əməkhaqqının 15 faizi miqdarında sosial sığorta ödəməlidir: 250 x 15% x 100% = 37,5 manat.
31 mart 2020-ci il tarixinədək Sumqayıt şəhərində tikinti və ya ticarət sahəsində fəaliyyət göstərən fərdi sahibkar aylıq 250 manat minimum aylıq əməkhaqqının 50 faizi miqdarında - 125 manat (250x50%) məcburi dövlət sosial sığorta haqqı ödəyirdi. 2020-ci ilin aprel ayının 1-dən isə bu məbləğ xeyli azaldılıb. Hazırda Sumqayıtda fərdi sahibkarların sosial ödənişi 250 manat minimum aylıq əməkhaqqının 25 faizi və Sumqayıt şəhərinə tətbiq olunan 90 faiz nisbət miqdarında hesablanır: 250 x 25% x 90% = 56,25 manat.
31 mart 2020-ci il tarixinədək Quba rayonunda tikinti və ticarət sektorundan başqa digər sahələrdə fəaliyyət göstərən fərdi sahibkarlar 250 manat minimum aylıq əməkhaqqının hər ay 25 faizi miqdarında, yəni 62,5 manat (250x25%) məcburi dövlət sosial sığorta haqqı ödəyirdi. Güzəştlər tətbiq olunandan sonra isə ödəniş 250 manat minimum aylıq əməkhaqqının 15 faizi və Quba şəhərinə tətbiq olunan 80 faiz miqdarında edilir: 250 x 15% x 80% =30 manat.
Ərazi |
Tikinti və ticarət sahəsində |
Digər sahələrdə |
Bakı şəhəri |
62,5 manat (250 manat x 25 faiz x 100 faiz) |
37,5 manat (250 manat x 15 faiz x 100 faiz) |
Sumqayıt və Gəncə şəhərləri |
56,25 manat (250 manat x 25 faiz x 90 faiz) |
33,75 manat (250 manat x 15 faiz x 90 faiz) |
Digər şəhərlər |
50 manat (250 manat x 25 faiz x 80 faiz) |
30 manat (250 manat x 15 faiz x 80 faiz) |
Rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidləri və qəsəbələr |
37,5 manat (250 manat x 25 faiz x 60 faiz) |
22,5 manat (250 manat x 15 faiz x 60 faiz) |
Kənd yerləri |
31,25 manat (250 manat x 25 faiz x 50 faiz) |
18,75 manat (250 manat x 15 faiz x 50 faiz) |
Fərqanə ALLAHVERDİQIZI

Vergilər bölümünün son xəbərləri |