Auditorlara şad xəbər
2015-11-02 | Audit | 3597Azərbaycan Auditorlar Palatası (AAP) auditor şirkətləri və müstəqil auditorların yoxlanılması ilə bağlı 2 illik moratoriumun tətbiqi haqqında qərar qəbul edib. Bu barədə Auditorlar Palatasından məlumat verilib.
"1 noyabr 2015-ci il tarixindən etibarən AAP 2 il ərzində Azərbaycanda fəaliyyət göstərən auditor şirkətləri və müstəqil auditorların maliyə-təsərrüfat fəaliyyətlərinin yoxlanılmasını həyata keçirməyəcək. Ötən həftə Palata Şurası tərəfindən müvafiq qərar qəbul edilib", - deyə AAP-dən qeyd olunub.
Xəbər verildiyi kimi, 2015-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 39 müstəqil auditor və 55 auditor təşkilatı auditor fəaliyyətinə lisenziyaya malik olub.
Mənbə: http://www.marja.az/financial/news/audit/item/189165-auditora-%C5%9Fad-x%C9%99b%C9%99r.html

Audit bölümünün son xəbərləri |