Daxili audit kadrlarının hazırlanması üzrə təlim keçiriləcək
2021-09-23 | Audit | 2960Auditorlar Palatası daxili audit kadrlarının hazırlanması üzrə oktyabrın 25-də növbəti təlim keçirir.
Palatadan bildirilib ki, idarəetmənin yeni dövrün çağırışlarına cavab verən mütərəqqi forması olan Publik hüquqi şəxslərin yaradılması ölkəmizdə geniş vüsət almaqdadır. Publik hüquqi şəxslərdə səmərəli və şəffaf fəaliyyətin təmin edilməsi üçün qanunvericilikdə daxili audit bölməsinin yaradılması nəzərdə tutulub. Daxili auditor peşəsinin incəliklərinə dair zəruri biliklərə və səriştəyə malik olan daxili auditor kadrlarına tələbatın artmasını nəzərə alaraq Auditorlar Palatası ilə əməkdaşlıq edən beynəlxalq CIA, CFE sertifikatlara malik Müslüm Rüstəmov tərəfindən “Publik hüquqi şəxslərdə daxili nəzarət və daxili audit” ixtisası üzrə kadrlarının hazırlanmasına başlanılıb. Təlim ödənişlidir. Təlimdə məhdudiyyətsiz istənilən şəxs iştirak edə bilər.
Təlimdə iştirak etmək istəyən şəxslər Auditorlar Palatasına müraciət edə bilərlər.

Audit bölümünün son xəbərləri |