Sadələşdirilmiş vergi: 4% yoxsa 6 və 8% - Vergilərdən şərh
2015-12-11 | Vergilər | 3713Azərbaycanın vergilər naziri Fazil Məmmədov sadələşdirilmiş vergiyə edilmiş dəyişiklikləri şərh edib.
Nazir qeyd edib ki, ƏDV-nin məqsədləri üçün ərizə vermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcmi 120.000 manatdan 200.000 manatadək artırılıb. Məcburi ƏDV qeydiyyatına alınmaq öhdəliyi yaradan həddin artırılması dövriyyəsi 200.000 manatadək olan şəxslərə sadələşdirilmiş vergitutma rejimində fəaliyyətlərini davam etdirməyə imkan verəcək ki, bu da vergi inzibatçılığının sadələşdirilməsi ilə yanaşı, həmin vergi ödəyicilərinin vergi yükünün azaldılmasını təmin edəcək.
200. 000 MANATLIQ DÖVRİYYƏDƏN AŞAĞI 4%-DİR
Fazil Məmmədov əlavə edib ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə dövriyyəsindən asılı olmayaraq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilir. Yəni, satış dövriyyəsi 200.000 manatdan artıq olduğu halda belə, məhz bu iki sahədə çalışan vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola biləcəklər. Yalnız bu halda, yəni ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin satış dövriyyəsi 200.000 manatdan artıq olduğu halda, əldə edilən ümumi hasilatın həcmindən ticarət fəaliyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi tətbiq ediləcək. Satış dövriyyəsi 200.000 manatdan aşağı olan bütün digər sahibkarlıq subyektləri, o cümlədən ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri isə yenə də əvvəlki qaydada, yəni Bakı şəhərində vergilərini 4 faiz, digər regionlarda isə 2 faiz dərəcə ilə ödəyəcəklər.
Ticarət dövriyyəsi 200.000 manatdan artıq olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyə də bilərlər:
"Vergi Məcəlləsi onlara bu seçim hüququnu verir. Bu halda həmin şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ƏDV ödəyicisi kimi qeydiyyata alınaraq ƏDV, ilin yekunlarına əsasən mənfəət (gəlir) və əmlak vergilərini (hüquqi şəxslər üçün) dövlət büdcəsinə ödəməlidirlər",- nazir deyib.
Həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş verginin ödəyicisi olmaq və yaxud bu hüquqdan imtina etməklə ƏDV-nin, mənfəət (gəlir) vergisinin, əmlak vergisinin ödəyicisi olmaq hüququ verilib.

Vergilər bölümünün son xəbərləri |