Vergilər sərt maliyyə sanksiyalarının hansı şəxslərə şamil ediləcəyini açıqladı

2015-12-11 | Vergilər | 2851

Qanunvericiliyə edilmiş son dəyişikliklərə görə, vergi hüquqpozmalarına görə maliyyə sanksiyalarının artırılır.

Azərbaycanın vergilər naziri Fazil Məmmədov bu barədə bildirib ki, nağd pul əməliyyatlarının aparılması qaydalarının pozulmasına görə maliyyə sanksiyaları bütün sahibkarlıq subyektləri üçün artırılmayıb.

"Qeyd etdiyimiz kimi, dövriyyəsi 200.000 manatdan artıq olan və ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə edə bilərlər. Bu halda, onlar ƏDV ödəyicisi kimi qeydiyyata alınmırlar və beləliklə də, hüquqi şəxslər ƏDV, mənfəət və əmlak vergisi, fiziki şəxslər isə ƏDV və gəlir vergisinin ödənilməsindən azad edilirlər.

Dövlətin bu məsələdə sahibkarlara güzəştə getməsinin əsas məqsədi ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövriyyələri 200.000 manatı aşdığı təqdirdə belə, əldə etdikləri gəlirlər üzrə vergi uçotunun sadələşdirilmiş qaydada aparılmasına və dövriyyələrin şəffaflaşdırılmasına nail olmaqdan ibarətdir.

Bu halda nağd pul əməliyyatlarının aparılması qaydalarının pozulmasına görə sərt maliyyə sanksiyaları yalnız satış dövriyyəsi 200.000 manatdan artıq olan və sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə edən şəxslərə şamil ediləcək".

Yeni qaydalara görə, təqvim ili ərzində vergi hüquqpozmalarına birinci dəfə yol verən belə şəxslərə 2000 manat, ikinci dəfə 4000 manat, üç və daha çox hallarda yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Ticarət və ictimai iaşə sektorlarında çalışan və dövriyyəsi 200.000 manatadək olan sadələşdirilmiş vergi ödəyiciləri və dövriyyəsi 200.000 manatdan artıq olan, lakin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etməyən şəxslərə, vergi hüquqpozmalarına yol verdikləri təqdirdə, yenə əvvəlki kimi 400, 800 və 1200 manat məbləğində maliyyə sanksiyası tətbiq olunacaq.

Fazil Məmmədov qeyd edib ki, maliyyə sanksiyalarının artırılması vergi ödəyicilərinin məsuliyyətinin artırılması istiqamətində atılmış addımdır. Burada məqsəd sahibkarı cərimələmək yox, vergidən yayınmanın qarşısını almaq, dövriyyəni artırmaq və uçot sistemini daha da təkmilləşdirmək, vergilərin dövlət büdcəsinə tam həcmdə ödənilməsini təmin etməkdən ibarətdir.

Mənbə: http://marja.az/financial/news/budget-taxes/item/191016-vergil%C9%99r-s%C9%99rt-maliyy%C9%99-sanksiyalar%C4%B1n%C4%B1n-hans%C4%B1-

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!