ASK prezidenti Məmməd Musayev-in sahibkar-vergi münasibətləri ilə bağlı təklifləri.

2018-02-16 | Vergilər | 2294

AR Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev çıxışında bildirib ki, ölkəmizin iqtisadi və sosial inkişafının əsasını təşkil edən dövlət büdcəsi gəlirlərinin formalaşmasında Vergilər Nazirliyinin fəaliyyəti olduqca mühüm əhəmiyyət kəsb edir və iqtisadiyyatın ən vacib şərtlərindən olan vergi münasibətlərinin tənzimlənməsi, beynəlxalq standartlara uyğun vergi sisteminin formalaşması, çevik vergi siyasətinin aparılması ölkə rəhbərliyinin müəyyənləşdirdiyi iqtisadi strategiyanın tərkib hissəsidir:

- "Bu gün vergi sisteminin təkmilləşdirilməsi istiqamətində görülən davamlı işlər, bəzi boşluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə həyata keçirilən islahatlar sahibkarlıq fəaliyyəti üçün də əlverişli zəmin yaradır. Elektron hökumətin əsas elementlərindən biri hesab edilən "bir pəncərə" sisteminin tətbiqi sahibkarlıq mühitində bürokratik əngəllərin sayının azaldılmasına şərait yaradıb, ölkədə əlverişli biznes mühitinin formalaşmasına və sahibkarlıq fəaliyyətinə mənfi təsir edən müxtəlif maneələrin aradan qaldırılmasına səbəb olub. "Bir pəncərə" prinsipinin tətbiqinə başlandıqdan sonra qısa müddətdə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində bir sıra mütərəqqi yeniliklər tətbiq edilib, qeydiyyat prosedurları sadələşdirilib, müddət isə dəfələrlə azaldılıb. Hazırda ölkədə biznesə başlama ilə bağlı prosedurlar 15-dən 2-yə, sərf olunan vaxt isə 30 gündən 2 günə endirilib. Fərdi sahibkarlar 2011-ci ildən, yerli investisiyalı müəssisələr isə 2012-ci ildən qeydiyyata elektron qaydada alınır. Bütün bunlar son nəticədə sahibkarlığın inkişafına müsbət təsir göstərən amillərdəndir".

M.Musayev elektron xidmətlərin inkişaf etdirilməsinin sahibkarlarla dövlət orqanları arasında mövcud olan əlaqələrə yanaşma tərzini dəyişdiyini qeyd edib: "Vergilər Nazirliyi və "ASAN xidmət" mərkəzinin birgə əməkdaşlığı ilə yaradılmış "ASAN imza" sahibkarlar və investorlar üçün optimal biznes mühiti yaradıb. Hökumətin bu sahədə həyata keçirdiyi ardıcıl və davamlı siyasət əcnəbi və yerli sahibkarlar üçün mühüm əhəmiyyət kəsb edir".

Konfederasiya prezidenti rəhbərlik etdiyi qurumun yarandığı ilk gündən sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin fəaliyyətini əlaqələndirən orqan kimi onların hüquqi və iqtisadi mənafelərini müdafiə etdiyini və bu təşkilatın dövlət-sahibkar münasibətlərinin ardıcıl qaydada inkişaf etdirilməsinə, sahibkarların maarifləndirilməsinə, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsinə daim öz töhfəsini verdiyini vurğulayıb.

Ölkədə yürüdülən vergi siyasətinin kiçik və orta sahibkarlığı stimullaşdırdığı xüsusi qeyd olunaraq bildirilib ki, Azərbaycanda kiçik müəssisələr və fərdi sahibkarlar üçün sadələşdirilmiş vergi sisteminin tətbiqi kiçik biznesin əlavə xərclərinin azaldılmasına və bütövlükdə kiçik sahibkarlığın inkişafına şərait yaradır: "Görülmüş işlər nəticəsində Azərbaycanda güclü özəl sektor formalaşıb, müasir texnologiyalara əsaslanan yüzlərlə müəssisə açılıb, özəl bölmənin payı ümumi daxili məhsulda 80 faizi, məşğulluqda 75 faizi ötüb, dövlət qeydiyyatına alınmış sahibkarlıq subyektlərinin sayı 880 mindən çox olub".

Konfederasiya prezidenti sahibkar-vergi münasibətlərinin daha da təkmilləşdirilməsi istiqamətində bir sıra təkliflər də irəli sürüb:

  • yeni fəaliyyətə başlayan vergi ödəyicisi tərəfindən hər hansı səbəbdən ilk dəfə vaxtında ödənilməyən vergi üçün sahibkara cərimə tətbiq olunması deyil, xəbərdarlıq edilməsi mexanizminin yaradılması məsələsinə baxılsın;
  • sadələşdirilmiş vergi üzrə illik dövriyyənin 200 min manatdan yuxarı olan həddi müasir şərtlər nəzərə alınmaqla 500 min manatadək artırılsın;
  • müəssisələrin kapitallaşmasını təmin etmək məqsədilə kapitala yönəldilən vəsaitin vergidən azad olunması məsələsinə baxılsın;
  • yeni fəaliyyətə başlayan vergi ödəyicisi tərəfindən yerli məhsulların istehsalının artımını təmin etmək məqsədilə, həvəsləndirmə vasitəsi kimi, onlar 3 il müddətinə əmlak və torpaq vergisindən azad edilsin;
  • nağdsız ödənişlərin stimullaşdırılması və bundan hər iki tərəfin maraqlı olduğu nəzərə alınaraq, nağdsız əməliyyat aparan subyektlərə faiz güzəştləri tətbiq edilsin.

Mənbə: http://vergiler.az/art-view/6857/

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!