Vergi güzəştləri sahibkarlığın və bütövlükdə iqtisadiyyatın inkişafına xidmət etməlidir.

2018-03-01 | Vergilər | 2606

Vergi sistemində aparılan islahatların əsas prioritetlərindən biri vergi güzəşti və azadolmalarının ünvanlı olmasıdır

Bir neçə ildir ki, Azərbaycanda tətbiq olunan vergi güzəştləri öz məqsədlərinə görə iki qrupa bölünür. Birinci qrup güzəştlər sosial məqsəd daşıyaraq vergi ödəyicilərinin maddi vəziyyətinin yaxşılaşdırılmasını əhatə edir. İkinci qrupa isə iqtisadiyyatda stimullaşdırıcı əhəmiyyət daşıyan güzəştlər aid edilir. Birinci qrup güzəştlərə son illərdə tələbələrin, əlillərin və əhalinin digər aztəminatlı təbəqələrinin, digər sosial qrupların gəlirlərinin vergidən azad olunmasını, fiziki şəxslərin gəlir vergisinin maksimal dərəcəsinin 30%-dən 25%-ə, aylıq və illik gəlirlərin 14% dərəcəsi ilə vergiyə cəlb edilən məbləğin müvafiq olaraq 2000 manatdan 2500 manata və 24.000 manatdan 30.000 manatadək qaldırılmasını göstərmək olar. Bununla yanaşı, əlillərin, məcburi köçkün və qaçqınların, əhalinin güzəşt hüququ olan digər kateqoriyalarının maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə onların aylıq gəlirlərinin vergidən azad olunan məbləğlərinin 2 dəfəyədək artırılması, 2016-cı il yanvarın 1-dən fiziki şəxslərin aylıq əməkhaqqından tutulan gəlir vergisi üzrə güzəştləri də qeyd etmək mümkündür.

Vergi güzəştləri iqtisadi fəaliyyətin inkişafına yönəldilməlidir

İqtisad elmləri üzrə fəlsəfə doktoru İsa Məmmədov hesab edir ki, vergi güzəştlərinin başlıca istiqaməti iqtisadi sahəni əhatə etməklə stimullaşdırıcı xarakter daşıyır və hər hansı bir sektorun, iqtisadi fəaliyyət növünün inkişafının təmin edilməsinə yönəldilir. Bu cür güzəştlər kiçik və orta sahibkarlığın inkişafına, innovativ texnologiyaların tətbiqinə, rəqabətqabiliyyətli ixrac sahələrinin stimullaşdırılmasına xidmət edir: "Məsələn, kənd təsərrüfatı sektoru üzrə vergi güzəştlərinin tətbiqi aqrar sektorda çalışan sahibkarların istehsal imkanlarının artımında mühüm rol oynayır. Vergi güzəşti sayəsində kənd təsərrüfatı sahəsində dövlət tərəfindən təxminən hər il 130-140 milyon manat vəsaitin istehsalçıda qalmasına şərait yaradılır. Həmin vəsait kənd təsərrüfatı istehsalçıları üçün əlavə maliyyə və investisiya mənbəyini təşkil edir, həmin sərmayənin təkrar istehsala yönəldilməsi isə iqtisadi artımda mühüm rol oynayır. Amma dövlət sənaye, emal, ticarət və digər fəaliyyət sahələrində rentabelliyin tam təmin olunduğu, müəssisələrin iqtisadi potensialının artdığı və rəqabətədavamlı məhsul istehsal edildiyi və sektorun bazarda öz mövqeyini möhkəmləndirdiyi halda, vergi güzəştlərini dayandırır".

Sui-istifadə halları güzəştlərin "itirilməsinə" səbəb olur

Vergi güzəştləri ilə əlaqədar aparılan araşdırma və təhlillər göstərir ki, güzəştlər heç də həmişə iqtisadi inkişafı, ictimai və dövlət maraqlarını gözlənilən səviyyədə təmin etmir. Bəzən güzəştlərdən sui-istifadə hallarına rast gəlinir. Vergi güzəştlərinin "itirilməsi" onun ünvanlı olmamasından, vergitutmanın ədalətlilik prinsipinin pozulmasından və güzəştdən təyinatı üzrə istifadə edilməməsindən yaranır. Bir sıra hallarda güzəştlər istehsalçı və yaxud ixracatçı şəxslərin sadəcə maddi vəziyyətinin yaxşılaşmasına gətirib çıxarır, ölkənin əsas istehlakçıları, aztəminatlı təbəqələr və dövlət bundan fayda görmür. Məsələn, kənd təsərrüfatı məhsullarının istehsalı vergidən azad edildiyi üçün emalla məşğul olan sahibkarlar da istehsal təyinatı adı altında vergidən yayınırdılar. 2017-ci il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcələsinə edilmiş əlavə dəyişikliklərdən sonra həmin məsələ ilə bağlı konkretlilik təmin olundu və kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan sahibkarlar bir ildən artıqdır ki, qanunla müəyyən edilmiş vergiləri ödəyirlər. Bundan başqa, bir sıra hallarda investisiya məqsədləri üçün tətbiq edilən vergi güzəştləri təyinatı üzrə istifadə olunmur. Təhlillər göstərir ki, bəzən həmin güzəştlər nəticəsində əldə edilən dövriyyə vəsaitinin təxminən 60%-dən çoxu başqa məqsədlərə yönəldilir.

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin güzəşt və azadolmaların həcmini müəyyən etmək məqsədilə 2012-2016-cı illər üzrə vergi ödəyiciləri tərəfindən vergi orqanlarına təqdim edilmiş vergi bəyannamələri və onların əlavələrinə dair apardığı təhlillər təsdiqləyir ki, güzəşt və azadolmalardan istifadə edən vergi ödəyicilərinin sayında 6% artım olub.

Güzəştlər uçot və vergi hesabatlılığının ləğvinə gətirib çıxarmamalıdır

Vergi güzəştlərinin səmərəliliyinin azalması vergi inzibatçılığı ilə bağlı yeni islahatların aparıldığı şəraitdə həmin məsələyə yenidən baxılması zərurətini yaradır. Vergilər naziri Mikayıl Cabbarov vergi güzəştləri və azadolmalarla bağlı hər bir hal üçün konkret fərdi yanaşman metodunun tətbiqini zəruri hesab edir: "Vergi güzəştləri xüsusi əhəmiyyət kəsb edən sahələr üçün lazımdır. Məsələn, kənd təsərrüfatı sahəsində əldə olunmuş nəticələri çox müsbət dəyərləndiririk. Ölkə iqtisadiyyatının strukturunda ənənəvi yer tutan kənd təsərrüfatına tətbiq edilən güzəştlər kənd əhalisinin özüməşğulluğu üçün zəruri şərait yaradıb, bu sahənin modernləşdirilməsinə təkan verib.

Amma qeyd etməliyəm ki, burada ümumi bir prinsip olmalıdır - vergi güzəştləri və azadolmalar həmin sahə üzrə uçot və vergi hesabatlılığının ləğvinə gətirib çıxarmamalıdır. Əfsuslar olsun ki, indi bu belədir. Bəzən vergi güzəşti hesabatın aparılmasından azadolma kimi qəbul edilir. Bu cür yanaşma nə biznesə, nə sahibkara, nədə muzdlu işçiyə kömək edir. Dövlət bu və ya digər sahənin dirçəldilməsinə kömək etmək, onun regional və beynəlxalq səviyyədə rəqabətədavamlı olmaq məqsədilə öz büdcə gəlirlərindən imtina edir. Lakin dövlətin etibarlı informasiyaya istinad etməklə gördüyü tədbirlərin effektini, səmərəsini qiymətləndirmək imkanı olmalıdır".

İqtisadçı Zaur Əliyev hesab edir ki, vergi güzəştləri indiki şəraitdə əsas etibarilə kiçik və orta sahibkarlığın həvəsləndirilməsinə və fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət etməlidir: "Hazırda unun və çörəyin istehsalı və satışı, quş ətinin satışı 3 il müddətinə ƏDV-dən azad olunub. Kənd təsərrüfatı istehsalçıları 2019-cu il yanvarın 1-dək vergi güzəştlərindən isatifadə edəcəklər. Ünvanlı güzəştlərin tətbiqi vacibdir və davam etdirilməlidir. Eləcə də strateji yol xəritələrində kiçik və orta sahibkarlıq sahəsində nəzərdə tutulan stimullaşdırıcı vergi islahatlarının davam etdirilməsinə, müxtəlif səmərələşdirici və stimullaşdırıcı addımların atılmasına ehtiyac var. Bununla bağlı müvafiq vergi güzəştlərinin tətbiqi məqsədəuyğundur.

Amma bəzi iri sahibkarlıq subyektlərində, kifayət qədər rentabelli və mənfəətlə işləyən emal, sənaye bölmələrində, ixrac, logistika və daşınma sahələrində tətbiq olunan azadolmalar və güzəştlərə yenidən baxılması labüddür".

Güzəşt və azadolmalar sahibkarları arxayınlaşdırmamalıdır

Maliyyə naziri Samir Şərifov bildirib ki, ölkədə həyata keçirilən büdcə-fiskal siyasətin əsas hədəflərindən biri iqtisadi səmərəlilik baxımından vergi-gömrük rejiminin təkmilləşdirilməsidir. Bu siyasətə uyğun olaraq, bəzi sahələrdə vergi və gömrük güzəştlərinə yenidən baxmaq və onları məhdudlaşdırmaq, bəzi hallarda isə ləğv etmək planlaşdırılır. Bununla yanaşı, hökumət bir sıra sahələrdə vergi dərəcələrinin optimallaşdırılmasını, sadələşdirilməsini zəruri hesab edir. Nazirin sözlərinə görə, nəzərdə tutulan hədəflərin gerçəkləşdirilməsi sahibkarlığın inkişafına əlavə təkan verəcək və nəticədə dövlət büdcəsinin gəlirlərinin artmasına gətirib çıxaracaq.

"Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün Strateji Plan"da vergi güzəşti və azadolmalarının monitorinqinin aparılması və onların səmərəliliyinin müəyyən edilməsi nəzərdə tutulub. Beynəlxalq təcrübədən də göründüyü kimi, vergi güzəşti və azadolmaları müəyyən dövr üçün həmin sahənin "ayağa qaldırılmasına" və inkişaf etdirilməsinə kömək məqsədilə tətbiq olunur. Yəni bu güzəştlər daimi deyil və müəssisənin normal gəlir əldə etmək imkanları yarandıqdan sonra dayandırılır. Ona görə də sahibkarlar güzəşt tətbiq olunduğu dövrdə yaradılmış bu fürsətdən səmərəli şəkildə yararlanmalı, istehsal və xidmət sahələrini genişləndirməli, vergi güzəşti sayəsində əldə etdikləri vəsaitləri investisiya mənbəyi kimi təkrar dövriyyəyə yönəltməlidirlər.

E. CƏFƏRLİ

Mənbə: http://vergiler.az/art-view/6909/

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!