Elektron ticarətə vergi nəzarəti təkmilləşdiriləcək
2018-04-18 | Vergilər | 2669Azərbaycanda elektron ticarət inkişaf etdikcə bu sahədə ictimaiyyətin, o cümlədən məhsul istehsalçılarının və sahibkarların məlumatlandırılması zərurəti ortaya çıxır. Elektron xidmətlər sahəsində təcrübəsi olan "GoldenPay" şirkətinin rəhbəri Fərid İsmayılzadənin sözlərinə görə, son illər Azərbaycanda inkişaf tendensiyası və müasir texnologiyalardan istifadənin hüdudlarının genişlənməsi bir çox xidmətlər kimi onlayn ticarətə də tələbi artırıb və bu sahədə hər il müsbət dinamika müşahidə olunmaqdadır. Çünki elektron ticarət vətəndaşlar üçün rahatlığı təmin edir. Ancaq hazırda əsas məqsədlərdən biri əhalinin elektron ödəmələr barədə məlumatlandırılması və maarifləndirilməsini gücləndirmək, onlarda onlayn ödəniş vərdişlərini formalaşdırmaq üçün səyləri artırmaqdır.
F.İsmayılzadə hesab edir ki, elektron xidmətlər dövlət orqanı ilə vətəndaş arasında qarşılıqlı münasibətlərin səmərəliliyinin və keyfiyyətinin artırılmasına, baş verə biləcək bütün neqativ halların qarşısının alınmasına, dövlət idarəetmə sisteminin ən müasir standartlar səviyyəsinə yüksəldilməsinə imkan verir, həmçinin əhalinin tələbatlarına, iqtisadi effektivliyə, vətəndaş nəzarətinin açıq olmasına səbəb olur. Bu sistem dövlət strukturlarının müasir informasiya texnologiyalarından istifadə etməklə istehlakçılara bilavasitə informasiya xidmətlərinin təşkilinə münbit şərait yaradır.
Azərbaycan Respublikası Prezidentinin "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" 4 avqust 2016-cı il tarixli sərəncamında həyata keçirilməsi nəzərdə tutulan tədbirlər sırasında rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi də öz əksini tapıb. Son illər internet istifadəçilərinin sayının daha da artması, nağdsız hesablaşmaların stimullaşdırılması ilə bağlı nəzərdə tutulan tədbirlər, internet vasitəsilə alış-veriş edən əhalinin sayının gündən-günə çoxalması ölkəmizdə elektron ticarətin vergiyə cəlb edilməsi üçün böyük potensial olduğunu göstərir. Buna görə də elektron ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin uçotu istehlakçıların hüquqlarının qorunmasına öz müsbət təsirini göstərəcək.
Şirkət rəhbərinin sözlərinə görə, bir çox hallarda elektron ticarət əməliyyatları həyata keçirən şəxsin, yəni satıcının bir dövlətin, alıcının isə digər dövlətin rezidenti olması, serverin üçüncü bir dövlətdə yerləşməsi vergiyə cəlb edilmədə problemlər yaradır. Bununla bağlı olaraq, bir çox dövlətlərin vergi orqanlarının qarşısında duran əsas vəzifə elektron ticarət əməliyyatları həyata keçirən şəxsin rezidentliyinin və elektron ticarət əməliyyatlarının sənədləşməsinin aparılmasının təmin edilməsidir. Belə vergi ödəyicilərinin uçota alınması elektron ticarət sahəsində satıcı və alıcı arasındakı münasibətlərin tənzimlənməsinə şərait yaradır.
Elektron ticarət həyata keçirən bir sıra şəxslər hesab edirlər ki, onların fəaliyyəti virtual aləmdə olduğu üçün vergiləri ödəməyə bilərlər. Ancaq vergi orqanının qənaətinə görə, internet, sadəcə, satıcı ilə alıcı arasında əlaqə növüdür və onlar arasında aparılan sövdələşmələrin nəticəsi üzrə yaranan vergi öhdəliklərini ləğv edə bilməz.
Ölkəmizdə biznesin elektron qaydada aparılması zamanı meydana çıxan hüquqi və iqtisadi münasibətləri tənzimləyən bir sıra qanunvericilik aktları mövcuddur. Bunlara "Elektron imza və elektron imza haqqında", "Elektron ticarət haqqında" qanunlar, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə elektron ticarətlə bağlı müddəaların daxil edilməsini göstərmək olar. Hazırda elektron ticarətə vergi nəzarəti Vergi Məcəlləsi ilə müəyyən olunmuş ümumi qaydada aparılır. Vergilər Nazirliyinin mütəxəssisləri elektron ticarətin vergiyə cəlb olunmasının daha səmərəli mexanizminin yaradılması üçün qanunvericiliyin və informasiya texnologiyalarının təkmilləşdirilməsi sahəsində ciddi işlər görməkdədirlər. Elektron ticarət üzrə vergi nəzarətinin təşkil edilməsi üçün, ilk növbədə, ölkədə kommersiya məqsədləri ilə yaradılan bütün internet resursları vergi uçotuna alınmalı və onların gəlirlərinin vergi qanunvericiliyinə uyğun bəyan edilməsi təmin olunmalıdır. Eyni zamanda, bu növ fəaliyyəti həyata keçirən şəxslərin istifadə etdiyi veb səhifələrin müəyyən edilməsi ilə vergi orqanında uçotunun yoxlanılması həyata keçiriləcəkdir. Hazırda elektron ticarət sahəsində qabaqcıl təcrübənin öyrənilməsi istiqamətində də müvafiq işlər görülür.
Rəşad SADIQOV
Mənbə: vergiler.az/art-view/7067/

Vergilər bölümünün son xəbərləri |