7 sərbəst auditor və 8 auditor təşkilatının fəaliyyəti dayandırılıb
2018-05-01 | Audit | 3371"Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında" Əsasnaməyə müvafiq olaraq 2017-ci ildə Auditorlar Palatası əsas vəzifəsi olan mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfat subyektlərində maliyyə və mühasibat uçotunun dəqiq və dürüst aparılmasını təmin etmək məqsədilə respublikada auditor xidmətinin işini təşkili və mövcud qanunvericiliyə uyğun olaraq onun inkişafı və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirləri həyata keçirməkdə davam edib. Bu barədə məlumat Auditorlar Palatasının 2017-ci il üzrə fəaliyyətinin yekunlarına dair hesabatda öz əksini tapıb.
Hesabatda qeyd olunub ki, əsasnamədə göstərilən funksiyalar üzrə sərbəst auditorların və auditor təşkilatlarının uçotu aparılıb, yeni icazə almış auditorlar müvafiq reyestrə daxil edilib.
"2017-ci ilin 31 dekabr tarixinə 45 sərbəst auditor və 77 auditor təşkilatı fəaliyyət göstərir. Həmçinin ötən il ərzində 36 sərbəst auditora və 30 auditor təşkilatına, o cümlədən 18 sərbəst auditorun və 10 auditor təşkilatının icazəsinin müddəti başa çatdığından, onlara yenidən icazə verilib. 7 sərbəst auditorun və 8 auditor təşkilatının fəaliyyəti dayandırılıb, 2 təşkilatın və 1 auditorun icazəsi ləğv edilib", - deyə məlumatda vurğulanıb.

Audit bölümünün son xəbərləri |