Vergilər Nazirliyi qeyri-leqal fəaliyyətdən leqal fəaliyyətə keçid üçün yeni səmərəli mexanizmlər hazırlayacaq
2018-07-06 | Vergilər | 2104Vergilər Nazirliyi 2018-ci ildə vergi ödəyiciləri və sahibkarlarla birlikdə rəsmi məşğulluğun təmin edilməsi sahəsində faydalı müzakirələr apararaq qeyri-leqal fəaliyyətdən leqal fəaliyyətə keçid üçün yeni səmərəli mexanizmlərin hazırlanması və tətbiqini planlaşdırır.
"Report" bu barədə Nazirliyə istinadən xəbər verir.
Qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadi fəallığın yüksəldilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun yaxşılaşdırılması ölkədə aparılan islahatların əsas istiqamətlərindəndir. Vergilər Nazirliyi qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması və bu sahədə işlərin koordinasiyalı təşkili məqsədilə aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq edir. "ASAN xidmət"lə birgə əməkdaşlığa əsasən, həmin qurumun nəzdində fəaliyyət göstərən Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi əmək müqaviləsi olmadan vətəndaşları iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edən şəxslər barədə məlumatları Vergilər Nazirliyinə təqdim edir.
Nazirliyin məlumatında qeyd olunur ki, tikinti sahəsində işçilərin uçotunun aparılması məqsədilə tikinti obyektlərində real vaxt rejimində işləyən müşahidə kameraları quraşdırılıb. Kameralar vasitəsilə tikinti meydançalarında çalışan insanların əmək müqaviləsi, statistikası və digər zəruri məlumatlar müəyyən ediləcək, həmin informasiyalar "ASAN xidmət"in Monitorinq Mərkəzinə inteqrasiya olunub.
Əmək Münasibətlərinin Tənzimlənməsinin Təkmilləşdirilməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov son bir ildə qeyri-rəsmi məşğulluğun qarşısının alınmasında və işəgötürənlər və işləyənlər arasında münasibətlərdə müəyyən irəliləyişlər olub.
Təkcə 2018-ci ilin yanvar-may aylarında əmək müqaviləsi bildirişləri üzrə Elektron İnformasiya Sistemində əlavə olaraq 43 min 434 əmək müqaviləsi qeydə alınıb. Bu, 2017-ci ilin eyni dövrünə nisbətən 2 dəfədən çox (ötən il 21 min 506 müqavilə) təşkil etməklə əmək bazarında ciddi müsbət dəyişikliklərə dəlalət edir. Ümumilikdə, 2018-ci il iyunun 1-nə qədər 1 milyon 354 mindən çox müqavilə bağlanıb. Ötən ilin analoji dövründə həmin rəqəm 1 milyon 287 minə bərabər olub. Əmək müqavilələri üzrə ən çox artım topdan və pərakəndə satış, eləcə də tikinti sahələrində qeydə alınıb. Aparılan tədbirlər muzdla çalışan insanların da mülki, yaxud digər müqavilələr bağlamasına səbəb olub, son bir ildə muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 % artaraq 1 milyon 538,2 min nəfərə çatıb.
Mənbə: https://report.az

Vergilər bölümünün son xəbərləri |